BMW şirkəti Avropada yeni nəsil hibrid X5 xDrive45e modelinin satışlarına başlayıb. Hibrid krossover elektrik ötürməsi ilə 87 kilometr məsafə qət edə bilər. Akkumulyator batareyasının quraşdırılması baqaj həcmini 150 litr azaldıb.
Hibrid krossoverin güc aqreqatı 282 at qüvvəli 3,0-litrlik mühərrik və 110 at qüvvəli elektromotor daxildir. Nəticədə, hibrid qurğunun hasilatı 388 at qüvvəsi təşkil edir. BMW X5 xDrive45e modeli 100 km/saat həddinə 5,6 saniyəyə sürətlənir. Adi rejimdə krossoverin maksimal sürəti 235 km/saat həddində məhdudlaşdırılıb. Elektrik ötürməsi ilə krossover 135 km/saat həddinə qədər sürətlənir. İstehsalçı hibrid krossoverin 100 kilometrə 1,2 - 1,9 litr arasında yanacaq sərf etdiyini iddia edir.
BMW X5 xDrive45e modelinin təchizatına elektronika ilə idarələnən amortizatorları olan pnevmoasqı və sərnişinlərin akustik müdafiəsi daxildir. Elektrik ötürməsi ilə hərəkət edən avtomobil səs siqnalı verərək ətrafdakıları yaxınlaşdığı barədə xəbərdar edir. Əlavə ödənişlə, krossoveri Integral Active Steering tam idarələnən şassi ilə təchiz etmək olar.