BMW şirkəti Competition versiyasında olan X5 M və X6 M krossoverlərinin First Edition xüsusi modifikasiyasını təqdim edib. Xüsusi seriyadan olan krossoverlərin hər biri 250 nüsxədən ibarət olan məhdud saylı tirajla buraxılacaqdır.
BMW X5 M və X6 M Competition First Edition modelləri üçün iki xüsusi tutqun rəng təklif edilir: Frozen Dark Silver və Frozen Marina Bay Blue. Öndə 21-düymlük, arxa İSƏ 22-düymlük ölçülərə malik olan təkər diskləri Jet Black rənginə boyanırlar. Eksteryerdəki fərqlər yan güzgülərin və mühərrik bölməsinin karbondan hazırlanmış örtüyündən, habelə X6 M Competition modeli üçün nəzərdə tutulmuş arxa karbon spoylerdən ibarətdir.
Fisrt Edition modellərinin interyer tərtibatında alkantara örtmələri olan orijinal Merino dərisindən istifadə edilir. Oturacaqlar və qapı kartları seçilən narıncı tikişləri olan ikirəngli boz Silverstone və tünd göy Midnight Blue dəriləri ilə örtülürlər. Ön panel və transmissiyanın qolu tünd göy rəngli dəri ilə örtülür, mərkəzi tunelə First Edition yazısı və avtomobilin seriyadakı sıra nömrəsi olan lövhə bərkidilir.
BMW X5 M və X6 M Competition krossoverləri 625 at qüvvəli 4,4-litrlik V8 mühərrik ilə təchiz edilirlər. Krossoverlər 100 km/saat həddinə 3.8 saniyəyə sürətlənirlər. Maksimal sürət 250 km/saatdır.