BMW X5, X6 və X7 krossoverləri Bavariya istehsalçısına gəlir gətirən ən vacib modellərdəndirlər. Məsələn, 2020-ci ildə bu üçlüyün satışları demək olar ki, 250 min ədəd olub. Bu uğuru qeyd etmək üçün, alman istehsalçısı X5 və X6 modellərinin Black Vermilion adlı xüsusi versiyasını hazırlayıb.

Xüsusi versiyanın əsas ideyası qara və qırmızı rənglərin birləşməsindən ibarət olan eksteryer və interyer tərtibatıdır. Ən çox nəzərə çarpan dekorasiya isə, radiator barmaqlığının “burunlarındakı”  qırmızı lamellərdir.

Digər eksteryer elementlərdən yalnız M Sport əyləc supportları qırmızı rəngə boyanıb. Dekorun qalan hissəsi, 22-düymlük disklər və hətta uzaq işıqların lazer-fosforlu bölməsi olan ön fənərlərin iç hissəsi də kuzov ilə eyni qara rəngdə boyanıblar. Black Vermilion seriyasından olan krossoverlərin standart təchizatına xarakterik aerodinamik kuzov dəsti olan M Sport Package paketi daxildir.

Salonda qara dəri ilə üzlənmiş oturacaqları, tünd ağacdan dekoru və qara alkantara ilə örtülmüş tavanı görmək olar. Qırmızı elementlər yalnız oturacaqlardakı tikişlərdir. Ən maraqlısı odur ki, BMW X5 Black Vermilion modelində belə tikişlər həm ön, həm arxa oturacaqlarda, X6 Black Vermilion kross-kupesində isə yalnız ön kreslolarda mövcuddurlar.

Eyni zamanda, BMW X7 Frozen Black krossoveri də hazırlanıb, lakin bavariyalılar bu modelin tərtibatında qırmızı ilə təcrübə etməyiblər: belə tərtibat sanballı görünməzdi. Əgər hər şeyin tamamilə qaraldılmasını (hətta əyləc supportları da qaradır) nəzərə almasaq, buradakı tərtibat və dekor konsepsiyası Black Vermilion versiyası ilə eynidir.

Artıq dünyanın bir sıra ölkələrdə yeni versiyalara sifarişlər qəbul edilirlər, lakin bazardan asılı olaraq bəzi fərqlər mövcuddur. Məsələn, Avropada xüsusi versiyadan olan krossoverləri istənilən mühərriklə sifariş etmək olar, lakin bəzi ölkələrdə bu sahədə məhdudiyyətlər var. Məsələn, Rusiyada X5 və X6 Black Vermilion modelləri yalnız M50d versiyasında təklif edilirlər, X7 Frozen Black modeli isə, bu bazarda ümumiyyətlə təklif olunmur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Azərbaycanlı alıcıların da belə krossoverləri şifariş etmək şansları var. Lakin bu sifariş öncədən sorğu verilməklə həyata keçirilə bilər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.