BMW şirkəti X5 M, X6 M və X7 modelləri üçün M Performance xəttindən olan aksessuarları təqdim edib. Zavod tüninq elementləri eksteryer və interyerin karbondan hazırlanmış detallarından, təkər disklərindən, idman sükan çarxından və dekor elementlərindən ibarətdir.
Aksessuarların siyahısına karbonplastikdən hazırlanmış radiator barmaqlığı, yan kandarların örtmələri və güzgü gövdələri, arxa diffuzor və beşinci qapıya vurulan spoyler daxildir. Bundan başqa, kataloqda qapıların aşağı hissəsinə vurulan tutuqun qara rəngli örtmələr də vardır. Bu detalları ayrılıqda və dəst şəklində sifariş etmək olar.
Krossoverlərin interyer tərtibatında alkantara ilə örtülmüş M Performance idman sükan çarxından, mərkəzi konsoldakı opsional karbon əlavələrdən, pedal və kandarların örtmələrindən, həmçinin xüsusi xalçalardan istifadə etmək olar. Bundan başqa, adi krossoverlər üçün X5 M və X6 M modelləırinin daha məhsuldar diskləri olan əyləc sistemini və 22-düymlük idman təkər disklərini sifariş etmək olar.
M Performance dəstinin bir sıra komponentləri X5. X6 və X7 modellərinin istənilən versiyasında quraşdırıla bilər. Bir sıra komponentləri hətta M dəsti ilə uyğunlaşdırmaq da mümkündür. Aksessuarların qiyməti yaxın vaxtlarda açıqlanacaqdır.