Avtomobilə olan sevgi hərdən insanları çılğın hərəkətlər etməyə sövq edir. Buna misal olaraq, Florida ştatının Martin mahalının sakini 36 yaşlı Nikolas Ceysonu göstərmək olar. Heç yerdə işləməyən Florida sakininin ən böyük arzusu BMW X6 krossoverinə sahib olmaqmış. Arzusunu həyata keçirmək istəyən Nikolas 17 mart tarixində yerli dilerin salonuna gələrək avtomobili almaq istədiyini bildirmişdir. Lakin, avtomobilin dəyərini ödəmək üçün Ceyson qeyri-adi yol seçmişdir. Nikolas avtomobilin dəyərini ödəmək üçün həm kredit kartını, həm də az gəliri olan işsiz insanlar üçün nəzərdə tutulmuş EBT kartını təqdim etmişdir.

Xatırladaq ki, sonuncu kart qida məhsulları alamaq üçün nəzərdə tutulmuşdur və hər ay bu karta 129 ABŞ dolları müavinət köçürülür. Bu kartlarda nə qədər vəsaitin olması məlum deyildir.

Avtosalonun əməkdaşları Nikolasa avtomobili satmaqdan imtina etmişdirlər. Ertəsi gün Ceyson qayıdaraq avtosalonu qarət etmiş, 60 ədəd avtomobilin açarını özü ilə götürərək BMW X6 krossoverini qaçırmağa müvəffəq olmuşdur. Lakin, X6 həvəskarına çox uzağa getmək nəsib olmamışdır - avtomobilin çənindəki yanacağın azlığı və Ceysonun benzin almağa pulunun olmaması onu arzusundan etmişdir. Nəticədə polis onu Palm-Sitidə həbs etmişdir.

Bununla belə, Florida polisi Ceysonun bu oğurluğu necə həyata keçirdiyi barədə heç bir açıqlama verməmişdir.

Image alt Image alt