BMW şirkəti krossover xəttinin flaqman olan iri X7 modelinin opsiylar siyahısına yenidən baxıb. G70 kuzovunda olan BMW 7 Series flaqman sedanı üçün təklif edilən maraqlı opsiyalardan biri ön işıq texnikasının Swarovski kristalları düzülmüş yuxarı bölməsidir.Onlar Iconic Glow adlanır və gündüz hərəkət işıqları rolunu oynayırlar.
Gündüz kristallar iki işıqdiodunu işıqlandıraraq unikal işıq imzası yaradırlar. Gecələr onların sayı 22-yə qədər artır. 2023-cü ilin aprelindən etibarən yenilənmiş BMW X7 krossoverini də Iconic Glow blokları da sifariş etmək mümkün olacaqdır. Avropada bu opsiya 2100 avroya başa gəlir.
İkimərtəbəli ön optikası olan krossover ötən ilin yazında debüt edib. Qeyri-adi görünüşə əlavə olaraq, o, 23-düymlük təkər diskləri (opsiya), OS 8.0 əsaslanan Live Cockpit Plus multimedia kompleksini, transmissiyanın miniatür selektorunu və salonun orijinal BMW Individual Merinos dərisindən genişləndirilmiş üzlənməsini əldə edib. Dördzonalı iqlimə nəzarət sistemi standartdır, əlavə ödəniş qarşılığında isə beşzonalı variantı sifariş etmək olar.
Başlanğıc BMW X7 xDrive 40d modeli yenilənmiş 3,0-litrlik altısilindrli dizel ilə təchiz edilir. Güc qurğusunun hasilatı 340 at qüvvəsi və 700 Nm fırlanma anıdır (qısa müddətə 720 Nm). “Dizel” krossoveri 100 km/saata 6,1 saniyəyə sürətlənir və qarışıq rejimdə 100 kilometrə 7,6 - 8,7 litr yanacaq sərf edir.
BMW X7 xDrive 40i versiyasında Miller dövrü ilə işləyən yeni altısılındirli benzin turbomühərriki (380 at qüvvəsi, 540 Nm) debüt edib.
M50i modifikasiyasını əvəzləyəcək X7 M60i xDrive top versiyasının kapotu altında tamamilə yeni 4,4-litrlik V8 mühərriki var. S68 “biturbosəkkizliyi” əvvəlki kimi 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir. BMW X7 M60i xDrive modeli 100 km/saata sürətlənməyə sələfi kimi 4,7 saniyə sərf edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.