BMW M bölməsinin ilk superkrossoveri olan XM hibridinin təqdimatı ilin sonuna qədər keçirilməlidir. Lakin artıq onun necə görünüşə malik olacağını bilirik. Əlbəttə ki, Yaponiyanın patentləşdirmə bürosu sayəsində ..

Əslində burada elə də böyük sirr yoxdur - avtomobil X7 və 7 Series modellərinin üslubunda olan ikimərtəbəli optikasını, habelə yan panellərə səliqəli şəkildə inteqrasiya olunmuş arxa fənərlərini qoruyub saxlayacaqdır. Bundan başqa, patent təsvirlərində buraxılış sisteminin dörd çıxış borusu olan iri diffuzor da diqqəti çəkir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW şirkəti seriya avtomobilinin maksimal dərəcədə konseptə bənzəyəcəyini vəd edir. Xatırlatmaq istərdik ki, bir müddət bundan əvvəl, alman markasının fanatları XM krossoverinin dizaynını lağa qoymuşdular. 

Keçən ilin sonunda təqdim edilən avtomobilin şəklini dərc edən şirkət, izləyicilərindən yeni avtomobillə hara getmək istədiklərini soruşub. Alman brendinin əksər pərəstişkarları avtomobili sərt tənqid edib və brend ilə məzələniblər.

Şirkətin abunəçilərindən biri BMW Concept XM modelini birbaşa ağaca vurmağın gərək olduğunu və bundan sonra krossover daha yaxşı görünəcəyini yazıb. Alman brendinin başqa bir pərəstişkarı ilk növbədə krossoveri ilə ən yaxın Porsche dilerinə yollanaraq, orada onu “normal avtomobillə” dəyişdirəcəyini söyləyib. Başqa bir şərhçi heç zaman qorxunc Concept XM modeli ilə rastlaşmayacağı bir yerə getmək istərib.

Digər cavablar arasında avtomobili məhv etmək üçün zibilxanaya getmək, həmçinin onu BMW dizaynerlərinin işlədiyi ofisə apararaq “ağıllarının yerində olub-olmadığını” soruşmaq kimi cavablar da var. Bəzi internet istifadəçiləri avtomobilin nəhəng “burun dəliklərinə” lağ edərək, daha da böyük radiator barmaqlığı olan avtomobil almaq istədiklərini bildiriblər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.