İlk "bərkgedən" Bavariya hibridi aprel ayında BMW Individual bölməsinin xüsusi çalarlarında təqdim olunacaqdır: bunlar hərbi avtomobilləri xatırladan Urban Green, əfsanəvi British Racing Green üslubunda Anglesey Green Metallic, həmçinin firuzəyi çaları olan Petrol Mica Metallic və müəyyən işıqlandırmada bənövşəyi rəngdə bərq vuran Sepia Metallic boyalarıdır.

Bütün sadalanan rənglər bu ilin aprelin ayında alman markasının konfiquratorunda peyda olacaqlar. Boya fərdi şəkildə vurulacaq, üstəlik, bu proses qismən avtomatlaşdırılacaqdır - "daha böyük dərinlik və rəng parlaqlığını" əldə etmək üçün bəzi işlər əl ilə aparılacaqdır. Qeyd etmək lazımdır ki, bu çalarlar eksklüziv deyil - onların hamısı əvvəllər Bavariya markasının digər modelləri üçün əlçatan olublar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ümumilikdə BMW XM modeli üçün əllidən çox kuzov rəngi və müxtəlif kombinasiyalar əlçatan olacaqdır. Beləliklə, qara dekorla yanaşı, qızılı vurğular və interyer tərtibatı üçün qəhvəyi Coffee Brown vintaj dərisi təklif olunur. Belə dərini Deep Lagoon rəngində əlavələrlə kombinasiya etmək olar.

BMW XM modeli Cənubi Karolina ştatının Spartanburq şəhərindəki zavodda istehsal olunur. Krossover S68 “biturbosəkkizliyi” ilə hərəkətə gəlir. O, avtomatik transmissiyaya quraşdırılmış elektrik mühərriki ilə birlikdə 652 at qüvəsi hasil edir. Hibrid yerindən 100 km/saata 4,3 saniyəyə sürətlənir. Bununla belə, 748 at qüvvəli güc qurğusuna malik olan “hardkor” XM Label Red versiyası yayda debüt etməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.