Yeni M3 və M4 modellərinin rəsmi ptəqdimatından dərhal sonra, BMW şirkəti bu modellər üçün nəzərdə tutulmuş M Performance kataloqundan olan detallar dəstini nümayiş etdirib. Firma aksesuarlarının və M modellərinin satışı eyni vaxtda - 2021-ci ilin yazında başlanacaqdır.
M Performance detallar kataloquda otuzdan çox məhsul var. Bu detallardan ən görəçarpanı, arxa bamperin mərkəzində yerləşdirilmiş dörd çıxış borusu olan titandan hazırlanmış buraxılış sistemidir. Bundan əlavə, yeni M3 və M4 modelləri üçün karbon liflindən hazırlanmış kuzov dəsti də nəzərdə tutulub: yan ətəklər, ön diffuzor, barmaqlıq, ön və arxa spoylerlər kompozitdən düzəldilib.
Alman mühəndisləri M Performance paketi üçün xüsusi olaraq, klirensi tənzimləməyə imkan verən idman asqısını hazırlayıblar. Bundan başqa, M3 və M4 modellərinə daha qısa əyləc məsafəsi və daha yüksək istilik müqaviməti təmin edən gücləndirilmiş karbon-saxsı qəliblərini quraşdırmaq olar. Bundan əlavə, yeni dəstin tərkibinə qızılı Frozen Gold, qara Jet Black və boz Frozen Gunmetal Grey rəngli 19, 20 və 21 düymlük təkər diskləri daxildir.
Karbondan tərtibat interyerdə də yer alır. Beləliklə, transmissiyanın sükanaltı dəstəkləri və kandar örtümələri karbon lifindən hazırlanır. Yeni paketin seçilən xüsusiyyətlərindən biri də unikal kilimlər, həmçinin dəri, zamşa və karbon ilə tərtib edilmiş yeni sükan çarxıdır.