BMW şirkəti M4 modeli üçün hazırladığı xüsusi məhdud saylı seriyanı təqdim edib. BMW M4 Edition ///M Heritage adını almış seriya 750 nüsxəlik tirajla buraxılacaqdır. Xüsusi seriyadan olan avtomobillərin satışına bu ilin noyabr ayında başlanacaq, gələn ilin aprelində isə son veriləcəkdir.
BMW M4 Edition ///M Heritage modellərini BMW Motorsport bölməsinin firma rənglərinə boyanır. Bunlar mavi Laguna Seca Blue, göy Velvet Blue və qırmızı Imola Red rəngləridir. “Tarixi” kupelərin digər seçilən cəhətləri karbondan hazırlanmış dama həkk edilmiş üçrəngli M zolaqları və ulduz formal dizayna malik olan 20-düymlük təkər diskləridir.
Xüsusi seriyadan olan kupelərin interyer tərtibatı da rəng və materialların seçimi ilə fərqlənir. Məsələn, Laguna Seca Blue rəngli kupenin salonu firuzəyi rəngli tikişi olan gümüşü-qara tərtibata, Velvet Blue - göy və narıncı rəng sxeminə, Imola Red isə, qırmızı-sarı tikişləri polan qara-qırmızı tərtibata malikdirlər. Bundan başqa, avtomobilin salonu karbon lifləri ilə gücləndirilmiş dekor elementləri, “Heritage Edition 1/750” emblemləri bəzədilir.
Xüsusi seriyadan olan kupelər M4 Competition modelinin bazasında inşa edilirlər. Belə versiya 450 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altısilindrli mühərrik ilə təchiz edilirlər.