Yeni sedanın təqdimatı Paris avtosalonunda baş tutub. Gran Coupe indeksi olan ikinci seriya sedanı hələ də köndələn yerləşən mühərriki olan ön ötürməli FAAR platformasına əsaslanır. Bununla belə, sedanının eksteryer və interyeri dəyişdirilib, eyni zamanda, daha güclü mühərriklərə və 8-pilləli “avtomatı” əvəzləmiş 7-pilləli “robota” sahib olub.

Gözlənildiyi kimi, 2 Series Gran Coupe qohum 1 Series hetçbekinin üslubunda dizayna malik olub. Hetçbek bəzi hallarda Kia modelini xatırladın mübahisəli dizayna malikdir, odur ki, ikinci seriyanın sedanı da "kiçik" qardaşının taleyini təkrarlamaqdan qaça bilməyib.

Digər maraqlı elementlər arasında BMW şirkətinin əlavə ödəniş müqabilində təklif etdiyi kontur boyunca işıqlandırılan radiator barmaqlığı, daha aqressiv bamperləri olan M Tech paketi, həmçinin standart 18-düymlük təkər diskləri (19-düymlük disklər opsiyadır) var. Bundan əlavə, sedanın ölçüləri də bir qədər böyüyüb – onun uzunluğu və hündürlüyü artıb, təkər bazası və eni isə, dəyişməz qalıb.

Salon texnoloji cəhətdən daha qabaqcıl olub. 12-dinamikli Harmon/Kardon audio sistemi, “bulud” əsaslı naviqasiya sistemi, idman oturacaqları və avtomatik qaralan güzgülər standart təchizata daxil edilib.

Bundan əlavə, təchizat masaj funksiyasının tətbiqi və bel dəstəyinin tənzimlənməsi ilə genişləndirilib. Ön paneldəki klaster 10,25 və 10,7 düym diaqonallı iki ekranı birləşdirir, multimedia sistemi isə, iDrive9 ƏS sistemi ilə çalışır və “hava” ilə yenilənməni dəstəkləyir.

Yeni modelin versiyaları indi fərqli şəkildə işarələnir - Bavariya markası benzin mühərrikləri olan avtomobillərin adlarındakı "i" ("injection") hərfindən imtina edib. Dizel modifikasiyaları, əvvəlki kimi, "d" (diesel) hərfi ilə işarələnirlər.

Artıq satışların başlanğıcında, 2 Series Gran Coupe benzin və dizel mühərrikləri ilə əlçatan olacaq. BMW 218d Gran Coupe 150 at qüvvəsi, 220d Gran Coupe - 163 at qüvvəsi, 220 Gran Coupe isə, 170 at qüvvəsinə, sonuncu iki versiya isə, 48 voltluq elektrik əlavəsinə malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, M235 xDrive modifikasiyası 300 at qüvvəli mühərriklə təchiz edilir. Avtomobil istehsalçısının sözlərinə görə, belə sedan sıfırdan 100 km/saata 4,9 saniyəyə sürətlənir.

Güc aqreqatları alternativsiz olaraq iki muftalı 7-pilləli “robot” ilə təchiz edilirlər -o, əvvəlki səkkiz pilləli avtomat əvəzləyib. Ötürmə - ön və ya tam ola bilər. Artıq Avropa və ABŞ-da  yeni 2 Series Gran Coupe modellərinə sifarişlər qəbul olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.