BMW şirkəti yeni nəsil 7 Series sedanının debüt tarixini açıqlayıb - yeni flaqman sedanı gələn ay, 20 aprel tarixində təqdim ediləcəkdir. Çox güman ki, yeni bayraqdar sedanının ilk kütləvi nümayişi 21 aprel tarixində fəaliyyətə başlayacaq Pekin avtosalonunda baş tutacaqdır. Ənənəvi BMW 7 Series sedanı ilə birlikdə onun BMW i7 adlanan elektrik versiyası da debüt edəcəkdir.
Elektrokar 7 Series modelinin modifikasiya çeşidindəki ən güclü versiya olacaq və faktiki olaraq 760i sedanını əvəzləyəcəkdir. Məlum olduğu kimi, alman istehsalçısı V12 mühərrikindən imtina edib. Hələlik yalnız elektrik sedanının yürüş ehtiyatı elan edilib: dolu batareya ilə flaqman elektrik sedanı WLTP dövrünə əsasən 580 - 610 kilometr, amerikan EPA dövrünə əsasən isə 490 kilometr qət edəcəkdir.
BMW şirkəti artıq növbəti nəsil 7 Series modelinin kamuflyajlı şəkillərini dərc edib, yeni tizerlər isə rəsmi tamamlayıblar. Sedan aşağı salınmış əsas fənərləri və yuxarı qaldırılmış gündüz hərəkət işıqları olan yeni “üzə” sahib olacaqdır. Belə dizaynın variantlarından birini artıq BMW XM konseptində görmüşük. Avtomobilin kuzovu klassik nisbətlərini qoruyacaq, lakin təbii tutuşa malik olan qapı dəstəklərini “batırılmış” düymələr əvəzləyəcəkdir.
Almanlar ilk dəfə interyerin tizerlərini də dərc ediblər. Günəşliksiz ekranlar cütlüyü quardırılmış ön panel artıq heç kimi təəccübləndirmir, lakin onun başqa maraqlı cəhətləri də olacaqdır. Məsələn, havalandırma sisteminin deflektorları gizlədiliblər, hava axının idarə edilməsi isə ön panel boyu uzanan işıq zolağına - BMW Interaction Bar panelinə quraşdırılmış sensorlu lövhəyə həvalə edilib.
BMW həmçinin ön oturacaqların arxasında quraşdırılmış iki monitorlu ənənəvi üslubdan imtina edəcəkdir. Onların əvəzinə arxa sərnişinlərin ixtiyarına BMW Theatre Screen veriləcəkdir - bu, tavanda quraşdırılmış 8K icazəli 31-düymlük açılan ekrandır. Qeyd etmək lazımdır ki, oxşar texologiyadan artıq hündür tavanlı krossover və minivenlərdə tətbiq edilir. Yeni BMW 7 Series sedanı barədə bütün təfərrüatları bir aydan sonra açıqlanacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.