BMW şirkəti Mercedes-Benz S-Class flaqman sedanının yeni nəslinin təqdimatını özünəməxsus yumor hissi ilə qarşılayıb. Bavyera markasının sosial şəbəkələrdəki rəsmi səhifələrində yerləşdirilmiş qısa videoçarxda əvvəlcə S-şəkilli serpantin görünür, sonra isə dumanın içindən bu yolda şütüyən BMW 7-Series sedanı peyda olur.
Qısametrajlı videonun başlığı, dərc edildiyi platformadan asılı olaraq dəyişir: məsələn, Instagram şəbəkəsindəki videonun başlığında BMW şirkəti Mercedes-Benz şirkətini tərifləyərək çoxmənalı şəkildə "həmçinin S-in böyük fanatı olduğunu", Twitter-də istehza ilə, "Yeni S-in yaxınlaşdığını eşidəndə düşündüyümüz şey bu olur", Facebook-da isə, "S ilə bu şəkildə davranırıq" yazılır.
Belə incə trollinq ilə, BMW şirkəti 7 Series sedanının rəqibinə qarşı olan əsas üstünlüklərindən birinə – idarəetmə qabiliyyətinə işarə edir. Bununla birlikdə, nümayəndəlik sedanları seqmentində Mercedes-Benz S-Class modeli onsuz da liderlik edir və nəsil dəyişməsindən sonra, S-Class ilə 7 Series arasındakı satış sayı fərqi daha da arta bilər. Eyni zamanda, G70/G71 indeksli yeni BMW 7-Series modelinin 2022-ci ildən tez debüt etməyəcəyi artıq məlumdur.