BMW şirkəti 2024-cü model ilinin X5 və X6 krossoverləri haqqında təfərrüatları paylaşıb. Hər iki modelin xarici görünüşü bir qədər yenilənib - məsələn, radiator barmaqlığı dəyişib, fənərlər isə nazikləşiblər. Salonda 12,3 və 14,9 düymlük iki ekranı olan iDrive 8 rəqəmsal multimedia sistemi quraşdırılıb. Mühərrik çeşidi də ciddi şəkildə yenilənib: növbəti model ilinə keçidlə birlikdə X5 və X6 krossoverləri yalnız müxtəlif növ hibrid güc qurğuları ilə təklif ediləcəklər. Digər mühüm nüans isə, M50i modifikasiyasının M60i adlandırılmasıdır.
Yenilənmədən əvvəlki X5 və X6 modellərinin elektrik üst qurumu olmayan mühərrikləri artıq gücün qısamüddətli artmasına imkan verən 48 voltluq startyor-generator ilə tamamlanıblar. Mühərriklər daha güclü olublar: məsələn, altısilindrli benzin mühərriki əlavə 47 at qüvvəsi alıb və indi 380 at qüvvəsi hasil edir. Müvafiq olaraq, avtomobillər daha dinamik olub və 100 km/saata 5,4 saniyəyə sürətlənirlər.
BMW xDrive30d dizel modifikasiyasının gücü 298 at qüvvəsinə, fırlanma anı isə 670 Nm-ə qədər artıb, 100 km/saata sürətlənmə müddəti isə 6,1 saniyəyə qədər azalıb. M60i top versiyası təkcə adını deyil, mühərrikini də dəyişib. Belə krossover X7 M60i xDrive modelində debüt etmiş tamamilə yeni 4,4-litrlik V8 aqreqatı (530 at qüvvəsi, 750 Nm) ilə hərəkətə gəlir.
Təkrar doldurulan hibrid versiyası ümumi gücü 490 at qüvvəsi olan hibrid güc qurğusu ilə təchiz edilir. Qurğunun tərkibinə 3,0-litrlik altısilindrli mühərrik və səkkiz pilləli “avtomata” quraşdırılmış elektrik mühərriki daxildir. Bu halda güc artımı 96 at qüvvəsi təşkil edir, yerindən 100 km/saata sürətlənmə isə 4,8 saniyə ( - 0,8 saniyə) çəkir. Hibrid, həmçinin tutumu artırılmış batareyaya malikdir. Tam dolu batareya ilə 110 kilometr (+ 16 kilometr) məsafə qət etmək olar.
Digər dəyişikliklərlə yanaşı, elektron köməkçilərin siyahısı genişləndirilib, köndələn dayanıqlılıq stabilizatorları yaxşılaşdırılıb, ön paneldə və mərkəzi konsolda fiziki düymələrin sayı azaldılıb, yeni bamperlər və təkmilləşdirilmiş optika peyda olub.
Hər iki yenilənmiş modelin istehsalına aprel ayında Spartanburqdakı (ABŞ) BMW zavodunda başlanacaqdır. X5 modelinin qiyməti 65.200 dollar, X6 modelinin qiyməti isə 73.900 dollardan başlayacaqdır. Top X6 M60i versiyası 93 600 dollara başa gələcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.