BMW və Toyota şirkətləri tərəfindən birgə hazırlanan yeni iki sportkarın istehsalı ilə Avstriyanın Magna şirkəti məşğul olacaqdır. Söhbət BMW Z4 modelinin xələfi olacaq və böyük ehtimalla Z5 adını alacaq rodsterdən, həmçinin Toyota şirkətinin yenidən həyata qaytarmaq arzusunda olduğu Supra kupesindən gedir. İlkin olaraq konveyer həyatına addımı BMW Z5 rodsteri atacaqdır. Bundan bir neçə ay sontra isə, Toyota Supra sportkarının buraxılışına başlanacaqdır. Hər iki sportkar 2018-ci ildə işıq üzü görməlidir.
Yeni sportkarın prototipi üzərində işlər 2014-cü ildə başlamışdır. Avtomobillər ümumi platformaya və çoxlu sayda texnologiyalara malik olacaqdırlar.
Bununla belə, onlar bir-birindən müxtəlif dizaynla və fərqlənən mühərrik çeşidini ilə seçiləcəkdirlər. Magna şirkətinin bildirdiyinə görə, BMW və Toyota şirkətlərinin birgə modellərinin illik istehsal həcmi 60 min ədəd olcaqdır.
BMW və Toyota şirkətlərinin bu istiqamətdəki birgə fəaliyyəti 2013-cü ildə başlamışdır. Bağlanmış müqaviləyə əsasən, tərəflər yanacaq elementləri ilə çalışan güc aqreqatının, ortaölçülü sportkarın platforması, yüngül kompozit materialların və yeni akumulyatorlar üzərində birgə işləməyi öhdələrinə götürmüşdülər.