BMW şirkəti bütün istehsal güclərinin bərpa edilən enerji mənbələrinə keçirəcəyini bildirib.
Məsələn, Cənubi Afrika Respublikasının Rosslin şəhərindəki zavod enerjini biokütlədən əldə edəcəkdir. Bloombergin bildirdiyinə görə, zavod heyvan və quş peynindən alınacaq enerjidən istifadə edəcəkdir. Keçən ilin sonuna 14 ölkədə yerləşən BMW zavodlarının 63% enerjini bərpa edilən enerji mənbələrindən alıblar.
Məsələn, Leypsiqdə yerləşən zavod enerjini külək generatorlarından, Spartanberqdəki müəssisə isə, yaxındakı zibillik poliqonlarında hasil edilən metandan əldə olunan enerjidən istifadə edirlər. 2020-ci ilə şirkət bütün istehsalı bərpa edilən enerji mənbələrinə keçirməyi planlaşdırır.