Robert Lutz 1971-ci ildən 1974-cü ilə qədər BMW konserninin Qlobal Satış və Marketinq üzrə İcraçı Vitse-Prezidenti və Direktorlar Şurasının üzvü olub. Qeyd etmək gərəkdir ki, Lutz özünün olduqca sərt açıqlamaları ilə məşhurdur: məsələn, bu yaxınlarda Bavariya avtomobil istehsalçısının dizaynerləri onun tənqid atəşinə məruz qalıblar.

"Düşünürəm ki, BMW şirkəti hazırda dizayn sahəsində ciddi problemlər ilə üzləşir. Mənə elə gəlir ki, bəzi avtomobillər ön tərəfdən çox çirkin görünürlər. Bu çox qəribə və stimpank görünüşüdür", - Lutz deyib.

Şirkətin keçmiş vitse-prezidenti xətləri, nisbətləri və hətta detalları "səhv" hesab edir: "Kimsə mənə dedi ki, çinli alıcılar bunu bəyənirlər. Mən buna inanmıram!".

Menecerin sözlərinə görə, hazırda BMW tərəfindən istehsal olunan bəzi avtomobillər "həddən artıq çirkindir", lakin insanlar sözün əsl mənasında belə avtomobilləri almağa məcburdurlar, çünki onların alternativi yoxdur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.