Səhvləri aşkar edən Boeing mühəndisləri bildiriblər ki, bu, təyyarələrin bu ilin ortalarında yenidən uçurulması planlarına təsir etməyəcək.
Maneuvering Characteristics Augmentation System (MCAS) sistemindəki problemlərə görə 5 ay ərzində 2 ölümcül qəzaya səbəb olan 737 MAX tipli təyyarələrdən istifadəyə 1 ildən çoxdur ki, qadağa var. Yeni aşkar edilən problemlərdən biri mikroprosessorda təyyarənin öz başına yüksəklik qazanmasına və ya itirməsinə səbəb ola biləcək səhvdir. Lakin bu səhvin hər iki qəzada təyyarənin anidən yüksəklik itirməsi ilə əlaqəli olmadığı açıqlanıb.
Digər səhv isə təyyarə enişə hazırlaşarkən avtopilot rejiminin özbaşına sönə biləcəyi ilə bağlıdır. İndiyə qədər heç bir uçuşda baş verməyən bu potensial problemin proqram təminatının dəyişdirilməsi zamanı aradan qaldırılacağı bildirilib. Amerika Federal Aviasiya İdarəsindən (FAA) də hər iki problemlə bağlı artıq hərəkətə keçdiklərini açıqlayıblar.