Boeing 1998-ci ildən bəri başlatdığı Boeing Business Jets (BBJ) ənənəsini 20 ildən çoxdur ki, uğurla davam etdirir. 737, 747 və 787-dən sonra bu kateqoriyaya əlavə edilən son model isə şirkətin hələ istehsalına başlamadığı, böyük ümidlər bəslədiyi və yaxın gələcəyin ən yaxşı təyyarəsi olacağı gözlənilən 777X-dır. Boeing 2018-ci ilin dekabrında 777X ailəsinə aid 777-8 və 777-9 modellərinin BBJ variantını elan edib. Bu təyyarələr ekvator xəttinin yarısı qədər məsafəni fasiləsiz uça biləcəklər.
BBJ 777-8 uça bildiyi məsafə baxımından rekordçu olacaq - 302.5 kvadrat metrlik uçan evə çevriləcək bu təyyarə fasiləsiz 21570 km qət biləcək ki, heç bir kommersiya təyyarəsi bu göstəriciyə yaxınlaşa da bilmir. Daha böyük - 342.7 kvadrat metr sahəyə malik BBJ 777-9 modelinin mənzili isə daha ağır olduğu üçün 20370 km-dir. Ölçüləri adi 777X modelləri ilə eyni olan bu təyyarələr də dünyanın ən güclü cet mühərriki olan 2 ədəd General Electric GE9X ilə hərəkətə gələcəklər.
Təyyarənin daxili dizaynı isə təbii ki, müştərinin istəyinə uyğun olacaq. Bunun üçün Boeing 3 şirkətlə işləyəcəyini bildirib: Greenpoint Technologies, Jet Aviation və Unique Aircraft Design. Hər üç dizayn şirkətinin təqdim etdiyi şəkillərdən də məlum olur ki, Boeing indiyə qədər bənzəri görünməmiş bir layihəyə imza atıb. Tarixinin ən çətin dövrlərini yaşayan şirkət 777X-a xilaskarı kimi baxır. Bu məsələdə haqsız hesab etmək də olmaz. 777X-ın gələn ildən kütləvi istehsalına başlanılması planlaşdırılır, deməli, bundan bir qədər sonra da bu möhtəşəm cetlər müştərilərinə təhvil veriləcək. Bu təyyarələrin daxili dizaynını biz yox, aşağıdakı şəkillər daha yaxşı izah edə bilər.