Boeing konserni yenidən aktivləşən yüksək sürətli təyyarələr bazarına qoşulan və səsdən sürətli təyyarələrin gənc istehsalçısı olan Aerion şirkətinə xeyli miqdarda sərmayə qoyub.
Hazırda Aerion şirkəti 1.4 Max (1.671 km/saat) sürət ilə 12 sərnişini daşıya bilən AS2 modelinin üzərində iləyir ki, yeni cet sayəsində transatlantik uçuşların vaxtı təxminən üç saata qədər azala bilər. Çalışmalar, əvvəllər ABŞ-ın Hərbi Hava Qüvvələri üçün yüksək sürətli SR-71 Blackbird strateji kəşfiyyat təyyarəsini yaratmış Lockheed Martin's Skunk Works ilə birlikdə aparılır. Bundan əlavə, şirkət bu yaxınlarda gərək olan mühərrikin yaradılması üçün General Electric, avionika və kokpit üçün isə Honeywell şirkəti ilə tərəfdaşlığa başlayıb.
Fevralın 6-da xəbərlərin yayılmasından sonra, Boeing şirkətinin səhmləri rekord həddə - 13.18 punkt artaraq 410 dollara çatıb. Tarixdə ilk dəfədir ki, korporasiyanın səhmləri 400 dollardan çox dəyərləndirilib. İnvestisiyalar, amerikan korporasiyasının Boeing NeXt proqramı çərçivəsində fəaliyyət göstərən və veb saytında göstərildiyi kimi, avtonom və idarə olunan təyyarələrin rahat şəkildə hava məkanına inteqrasiya edilməsi ilə məşğul olan törəmə müəssisəsi tərəfindən həyata keçirilib. İnvestisiyanın miqdarı və razılaşmanın şərtləri açıqlanmayıb.
Aerion ilə sövdələşmə çərçivəsində, Boeing, layihələndirmə, istehsal və uçuş sınaqlarının həyata keçirilməsini maliyyələşdirəcək və ən əsası səsdən sürətli Aerion AS2 reaktiv təyyarələrini bazara çıxarılmasına yardım edəcəkdir.
Aerion şirkəti 2003-cü ildə qurulub. AS2 layihəsi isə, ilk dəfə 2014-cü ildə elan edilib. 2018-ci ildə Revolution.Aero tədbirində General Elektrik ilə mühərriklər sahəsində tərəfdaşlığa başlanıldığı elan olunub. AS2 məşhur Concorde laynerindən sonra sonra ilk səsdən sürətli təyyarə olacaqdır. Aeiron şirkəti AS2 təyyarəsinin ilk sınaq uçuşunu 2023-cü ildə ilk sınaq uçuşunu həyata keçirmək niyyətindədir.
Ötən ilin may ayında ABŞ Nəqliyyat Departamenti, hava nəqliyatı üçün nəzərdə tutulmuş səs-küy standartlarına yenidən baxılacağını bildirib. Bu qərarın əsas səbəbi, yeni konstruksiyalı səsdən sürətli təyyarələrə tətbiq olunacaq səs-küy standartlarının müəyyən edilməsidir.