2012-ci ilin istehsalı olan Maserati GranCabrio Sport modelinin britaniyalı sahibi avtomobilinin interyerini unikal şəkildə tərtib etmək üçün bir neçə yerli tuninq atelyesinə müraciət etsə də, istədiyinə nail ola bilməmişdir. Sonunda o bolqariyalı mütəxəssislərin köməyindən istifadə etməli olub. Bolqariyanın paytaxtı Sofiya şəhərində yerləşən Vilner adlı atelyenin mütəxəssisləri, 20-düymlük qara rəngli diskləri və qırmızı Rosso Trionfale rənginə boyanmış kuzovu olan kabrioletin eksteryerinə müdaxilə etməyərək və bütün səylərini avtomobilin salonunun tərtibatına yönəltmişlər.
Bolqar mütəxəssislər ilk növbədə salonun tərtibatında istifadə edilən ağ (Bianco Pregiato) rəngli dərini qəhvəyi-qırmızı dəri ilə əvəz etmişdirlər. Onlar avtomobilin oturacaqlarını, qapı panellərini, ön panelini, mərkəzi konsolu, qoltuqaltı dəstəkləri, cihazlar panelini, sükan çarxını və sürətlər qutusunun dəstəyini ağ saplı seçilən tikişləri olan iki rəngli dəri ilə örtmüşdürlər.
Bütün sərt səthlər, misal üçün oturacaqların əsası, nazik alkantara ilə üzləmişdirlər. Avtomobilin salon güzgüsü qəhvəyi dəridən hazırlanmış haşiyə ilə təchiz edilmişdir. Hətta, təhlükəsizlik kəmərlərinin taxıldığı mexanizm də «qədimi sürücü əlcəklərinin» naxışları üslubunda dizayn elementləri olan qəhvəyi dəri örtüklə üzlənmişdir.
Avtomobilin sahibi öz məmunluğunu növbəti sözlərlə ifadə etmişdir:«Mən bu avtomobilə aldığım gündən məftun olmuşam.
Maserati avtomobilləri Ferrrari avtomobilləri ilə bir sıra texnologiyaları bölüşsə də, onların interyeri çox zərifdir və tez zədələnir və köhnəlir.
Vilner tərəfindən hazırlanmış interyer möhtəşəmdir. Əgər Maserati belə kefiyyətli interyer istehsal edə bilsəydi, çox həyəcanverici olardı».