Bonhams hərrac evinin satışlarına nadir tapılan 1954-cü ilin Jaguar XK120 SE kupesi çıxarılıb. Avtomobilin həyatı çətin olub: 1970-ci illərin əvvəlində atılıb qalmış avtomobili ABŞ-ın şimali şərqindəki çöldə aşkarlayıblar.2010-cu illərin ortasında qədər kupe konsevasiya edilərək saxlanılıb və yalnız 2015-ci ildə onun üzərindəki bərpa işlərinə start verilib. Avtomobilin bərpasına 6275 insan-saat sərf edilib və işlər yüksək səviyyədə həyata keçiriliblər. Lotun təxmini qiyməti 0,9 - 1,3 milyon dollar arasındadır.

Classic Motor Cars (CMC) bərpa emalatxanasının işini 2017-ci ildə Pebbl-Biçdə keçirilən zəriflik müsabiqəsində yüksək qiymətləndiriblər. CMC atelyesinin mütəxəssisləri orijinal aqreqatları saxlamağa və kupenin xarici görünüşünün həqiqiliyini əldə etməyə nail olublar. Bununla belə, onlar avtomobilin ilkin spesifikasiyası haqqında məlumatı böyük çətinliklə tapa biliblər.

Problemlərsiz də ötüşməyib – detalların bir hissəsini (məsələn, fənər markerləri və arxa şüşə) addetiv çap metodu ilə hazırlamaq gərək olub. Vəziyyət avtomobilin rəngli şəkillərinin olmaması ilə çətinləşib. Üstəlik, 1950-ci illərin sonunda sahibi kupenin kuzovunu və damını tam şəkildə başqa rəngə boyayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kupenin kapotunun altında 162 at qüvvəli 3,4-litrlik altısilindrli mühərrik yerləşir. İki paylayıcı valı olan mühərrik 4-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Avtomobilin salonu açıq dəhvəyi dəri və velür ilə üzlənib.

Hərrac 3 mart tarixində keçiriləcəkdir. Bonhams hərrac evinin qiymətləndirməsinə görə, Pininfarina atelyesinin kuzovuna malik olan Jaguar XK120 SE modelinin satışından bir milyon dollara yaxın vəsait əldə etmək mümkündür.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.