Bosch şirkəti avtomobillərin motosikllərlə «ünsiyyət» qurmasına yardım edəcək sistem üzərində çalışır. İstehsalçı yeni sistem sayəsində yol-nəqliyyat hadisələrinin azalacağına ümid edir. Bosch şirkətinin direktorlar şurasının üzvü Dirk Hohayzelin bildirdiyinə görə, yeni sistem baykerlərin «rəqəmsal» qalxanı olacaqdır. Alman şirkəti sistemin motosikl sürənlərin iştirakı ilə baş verən ölümcül hadisələri 30% azalmasına yardım edəcəyini bildirmişdirlər. Bosch şirkəti ilə birlikdə bu layihədə Ducati şirkəti də iştirak edir.
Yeni sistem hər saniyə ətrafı bir neçə yüz metr ərazidə 10 dəfə seyr edəcəkdir. Bu sistem, eyni sistemlə təchiz edilmiş ətrafdakı nəqliyyat vasitələri ilə onların növü, sürəti, istiqaməti və yerləşməsi haqqında məlumat mübadiləsi aparacaqdır. Əgər yaxınlıqda motosikl aşkar edilərsə sistem sürücünü qabaqcadan səs siqnalı və cihazlar panelindəki işarə ilə xəbərdar edəcəkdir.
Sistem WLAN standartından istifadə edəcəkdir. Qeyd etmək lazımdır ki, daha dolğun məlumatı əldə etmək üçün yol kənarında dayanacaqda qurmuş nəqliyyat vasitələri də bu mübadilədə iştirak edəcəkdirlər. yeni sistemin nə zaman təqdim ediləcəyi açıqlanmamışdır.