Bosch şirkəti avtomobilin daxili hissəsini təkcə rahatlıq üçün deyil, həm də təhlükəsizlik baxımından da təkmilləşdirməyin mümkün olduğunu bir daha sübut edib. Şirkətin mühəndisləri İstehlak elektronikasının sərgisində bir neçə yeniliyi nümayiş etdirəcəkləri vəd etmişdilər - məsələn, 3D-effektini simulyasiyasa edən cihazlar paneli və proyeksiya ekranı olan eynəklər. Bunlarla yanaşı, Bosch şirkəti Las Veqasda gözlənilməz bir yeniliyi nümayiş etdirib – Virtual Visor adlandırılmış texnologiya "ağıllı" günəşlikdən ibarətdir.

ABŞ-ın Yol hərəkətinin təhlükəsizliyi milli idarəsinin statistikasına əsasən, günəş şüası hər il minlərlə qəzaya səbəb olur. Sürücülərin gözlərini qamaşdıran parlaq günəş, digər mürəkkəb yol şəraitlərinə nisbətən iki dəfə çox qəza törədir. Alın şüşəsinin yuxarı kənarında quraşdırılmış ənənəvi plastik parçası, hər zaman birbaşa sürücünün gözlərinə düşən işıqdan xilas edə bilmir.

Buna görə də Bosch şirkəti, təxminən bir əsrdir ki dəyişməyən günəşliyin əvəzinə şəffaf maye-kristal ekrandan istifadə etməyi təklif edir. Sürücünün vəziyyətini izləyən salondaxili təhlükəsizlik kameralarının məlumatlarına əsaslanan süni intellekt, istənilən anda gözünün harada olduğunu dəqiq hesablaya və ekranın kölgənin düzgün yerə düşməsini təmin edəcək hissəsini qaralda bilər. Bir sözlə, Virtual Visor günəşin sürücünün gözlərini qamaşdırmasının qarşısını almaqla yanaşı, onun görünüş dairəsini məhdudlaşdırmayacaqdır.

Yeni texnologiyanın seriya avtomobillərində nə zaman tətbiq ediləcəyi barədə məlumat verilməyib, Lakin, Virtual Visor mütləq sürücünün işini daha rahat və təhlükəsiz edə bilər - xüsusən də günəşin il boyu işıq saçdığı yerlərdə.