Hələ 2022-ci ildə BMW qrupunun Alpina brendinin hüquqlarını aldığı və ondan arzuladığı kimi istifadə edəcəyi barədə məlumat verilmişdi. Müqavilə gələn il 1 yanvarda qüvvəyə minəcək, lakin Alpina Burkard Bovensiepen GmbH + Co. KG artıq bu ticarət nişanından ayrılmağa hazırlaşır. Artıq şirkətin adının dəyişdiriləcəyi də elan edilib: bundan sonra Andreas və Florian Bovenzipen qardaşlarına məxsus olan ailə şirkəti Bovensiepen Automobile adlanacaq. Yeni şirkətin də adından göründüyü kimi, qardaşlar avtomobil biznesini tərk etmək fikrində deyillər!

Bavariyanın Buxloe şəhərindəki fabrik, mühəndislik şöbəsi və işçi heyəti yeni loqotip və “Bovensiepen” brendi altında fəaliyyət göstərəcək. Üstəlik, adı dəyişdirilən şirkət avtomobil istehsalını davam etdirəcək, lakin eksklüziv və çox bahalı avtomobillər seqmentinə keçəcək. Şirkətin şüarı (Fine Driving, yəni “əla idarəetmə”) və yeni dövrün ilk modeli Villa d'Este Concours d’Elegance müsabiqəsində təqdim olunub.

Bovensiepen Zagato Coupé italyan dizaynı ilə Bavariya mühəndisliyinin qarışığıdır. Əvvəlki kimi, əsas olaraq BMW avtomobili götürülüb - bu dördüncü seriyadan olan kobrioletdir. Ancaq əvvəllər Alpina avtomobillərin görünüşünə demək olar ki, müdaxilə etmir və BMW loqotiplərini kuzovda saxlayırdısa (bu istehsalçının tələbi idi), indi hər şey fərqlidir. Təqdimat materiallarında və ya kuzovda BMW haqqında heç bir xatırlatma yoxdur, avtomobilin dizaynı isə, İtaliyanın Zagato studiyası tərəfindən geniş miqyasda yenidən işlənib.

Demək olar ki, bütün kuzov panelləri, o cümlədən iki Double Bubble qabarığı olan  dam (Zagato studiyasının əlamətdar xüsusiyyətidir) yenidir və karbonplastikdən hazırlanıblar. Bu damın profili BMW 4 Series modellərində olduğundan çox fərqlidir, buna görə də əsas kimi gücləndirilmiş altlığı olan kabriolet götürülüb. Standart optika saxlanılıb, lakin poladdan hazırlanmış  radiator barmaqlığı və orijinal bamper “dördlüyə” tamamilə fərqli görünüş verir. Yeni dayaq avtomobili donorundan nəzərəçarpacaq dərəcədə uzun edib: 4768 əvəzinə 4943 millimetr. Avtomobilin eni - 1913, hündürlüyü isə, 1394 millimetrdir.

İnteryer demək olar ki, standart olaraq qalır, lakin bir əhəmiyyətli dəyişiklik var: cihazlar ekranının üstündə günəşlik quraşdırılıb. Sükan yumşaq Lavalina dərisi ilə örtülüb və əlavə ödəniş müqabilində Alpina avtomobillərindən yaxşı tanınan bu materialla interyerin tam şəkildə yenidən üzlənməsini sifariş etmək mümkündür. Avtomobil kabrioletin əsasında hazırlandığı üçün, Bovensiepen Zagato mərkəzi dam dirəklərinə malik deyil və təkcə ön şüşələri deyil, həm də arxa şüşələri aşağı salmaq olar.

Kapotun altında hasilatı 611 at qüvvəsi və 700 Nm yüksəldilmiş 3.0-litrlik sıralı “turboaltılıq” var (hələlik təkmilləşdirmələr haqqında təfərrüatlar açıqlanmır). Kupe həmçinin titandan Akrapovič buraxılış sisteminə, Bilstein komponentləri olan idman asmasına və 20-düymlük təkər disklərinə malikdir. Ümumiyyətlə, Alpina avtomobillərindən tanış olan firma yanaşması da saxlanılıb. Ötürmə növü göstərilməyib. Boş çəkisi 1875 kiloqram olan kupe 100 km/saata 3,3 saniyəyə sürətlənir, maksimal sürəti isə, 300 km/saatı keçir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bovensiepen Zagato avtomobillərinin yığılması Buxloe şəhərindəki fabrikin mütəxəssisləri tərəfindən həyata keçiriləcək, və hər bir avtomobilin yığılması 250 saatdan çox vaxt və 400 orijinal hissə tələb edir. Qiymətlər və tiraj bu ilin dördüncü rübündə elan ediləcək, ilk əmtəə avtomobilləri 2026-cı ilin ikinci rübündə peyda olmalıdırlar. Həmin vaxta qədər BMW şirkəti özünün Alpina brendi altında buraxılan  avtomobillərini təqdim etməlidir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.