İlkin olaraq Ford Edge krossoveri ABŞ bazarı üçün nəzərdə tutulmuşdu. Ancaq 2014-cü ildə debüt edən ikinci nəslin uzun kuzovu və üçüncü oturacaq cərgəsi olan Çin versiyası debüt etmişdi. İndi isə, Edge krossoveri tamamilə Çinə köçürülür. Bu krossoverin Kanadadakı istehsalı 2024-cü ildə dayandırılacaq və onun birbaşa varisi olmayacaqdır.

Belə strategiya bir qədər təəccüb doğurur, çünki Birləşmiş Ştatlarda ildə 85 min ədəd Edge modeli satılır, Çində isə bu göstərici 30-35 min təşkil edir. Bununla birlikdə, məhz Çində, Edge modelinin yerli tələbləri nəzərə alaraq yaradılmış üçüncü nəsli təqdim olunub.

Yeni Ford Edge L krossoveri çinli sələfindən nəzərəçarpacaq dərəcədə böyükdür. Ölçüsünə görə o, demək olar ki, böyük Explorer modelinə yaxınlaşıb, lakin mühərrikin eninə yerləşdiyi əsas ön ötürməsi olan sadə platformanı qoruyaraq saxlayıb. Yeni krossoverin uzunluğu 5000 millimetr (+ 122 millimetr), eni - 1961 millimetr (+ 36 millimetr), hündürlüyü 1773 millimetr (+ 3 millimetr) təşkil edir. Təkər bazası 100 millimetr artaraq 2950 millimetrə çatıb.

LED ön fənərlər radiator barmaqlığına yaxın yerləşirlər, gündüz hərəkət işıqlarına isə üçmərtəbəli zolaqlar cavabdehdirlər. Eyni zamanda, ST-Line  idman paketi ilə təchiz edilmiş Edge L modeli də təqdim olunub. Bu dəst daha aqressiv dizaynlı bamperləri, bolluca qara dekoru və 21-düymlük təkər disklərini ehtiva edir.

Salonun ön tərəfi Çində satılan Mondeo və Evos modelləri ilə eyni şəkildə tərtib edilib. Ön tərəfdə 12.3-düymlük cihazlar paneli və Sync + 2.0 media sisteminin böyük sensorlu ekranı yerləşir. Onun diaqonalı 27 düym, eni - 1,1 metr, təsvir icazəsi isə 4k standartına bərabərdir. Ekran bir tətbiq (məsələn, naviqasiya xəritəsi) ilə tamamilə tutmaq və ya tematik zonalara bölmək olar. Sürücünün qarşısında proyeksiya ekranı da var.

Ford Edge L modeli də iki yeddi yerlik konfiqurasiya təklif ediləcəkdir. Əsas versiyada ikinci cərgədə üçyerli divarı və ikiyerli üçüncü cərgə var, amma belə versiya hələlik nümayiş etdirilməyib. İndi yalnız zəngin təchizatlı krossoverlər (ikinci cərgədə iki fərdi kreslo və üçyerli üçüncü oturacaq cərgəsi ilə) təqdim ediliblər.

Belə "kapitan" oturacaqlarına daha yüksək sinifdə olan krossoverlər həsəd aparacaqlar: onlar elektrik ötürməsinə (yaddaşla), qızdırılma və havalandırma funksiyasına, habelə irəli çıxan ayaq dayaqlarına və arxaya doğru 60 dərəcə əyilə bilən kürək hissəsinə malikdirlər. Mərkəzi dirsəkaltılara qadcetlərin simsiz doldurması üçün meydançalar quraşdırılıb. Üçzonalı iqlimə nəzarət sistemi və panoram dam da var.

Ford Edge L modelinin baza versiyası səkkiz pilləli “avtomat” və 2,0-litrlik EcoBoost (252 at qüvvəsi, 378 Nm) “turbodördlüyü” ilə təchiz olunur. Ancaq modelin tarixində ilk dəfə olaraq hibrid versiya da hazırlanıb. Eyni mühərrik elektromotor ilə birlikdə 275 at qüvvəsi və 405 Nm hasil edir. Hələlik ötürmələr qutusu haqqında heç bir məlumat verilməyib, ancaq hibridin 100 km/saata 7,1 saniyəyə sürətləndiyi bildirilib. Dolu yanacaq çəni ilə yürüş məsafəsi 1188 kilometrə çatır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Güc qurğusundan asılı olamayaraq Ford Edge L modeli həm ön, həm də tam ötürməli ola bilər. Üstəlik, hətta hibrid versiyası da muftası, paylayıcı qutusu və kardan valı olan ənənəvi tam ötürməli transmissiya ilə təchiz edilir. Çinli Edge modelinin altısilindrli mühərrikləri olmayacaq: belə mühərriki olan əvvəlki nəsil Çində uğursuzluğa düçar olmuşdu.

Ford Edge L modeli Changan Ford birgə müəssisəndə istehsal ediləcəkdir. Benzin mühərriki ilə təchiz olunmuş krossoverlərin satışına bu ilin aprel ayında başlanmalıdır, hibridlər isə iyul ayında satışa çıxacaqlar. Xatırladaq ki, əvvəlki Edge Plus modeli burada 33-45 min dollara başa gəlir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.