Formula 1 üzrə üçqat dünya çempionu Cek Brəbəmin oğlu Dəvidə məxsus olan Brabham Automotive şirkəti ilk avtomobilinin adını açıqlayaraq, modelin "görüntüsü" olan videotizeri dərc edib. Brabham BT62 adlanan avtomobilin debütü bu ilin 2 may tarixində baş tutacaqdır.
Yeni avtomobilin adındakı “B” və “T” hərfləri brendin təsisçiləri Cek Brəbəmin və Ron Toranakın familiyalarının baş hərfləridir. 62 rəqəmi isə, hər avtomobil üçün unikal olacaq şassinin nömrəsidir. Brabham markasının əm məşhir avtomobilləri, F1 yarışında qalib gəlmiş BT7, BT19, hava axının məcburi boşalması olan BT46B və Nelson Pikenin ikinci çempion titulunu qazandığı BT52 modelləridir.
Brabham komandası “Böyük Mükafat” yarışlarında 1960-ci ildən çıxış etməyə başlayıb. Çempionatda 1992-ci ilə qədər fəaliyyət göstərən komanda maliyyə problemləri ucbatından bağlanmışdır. Bu müddət ərzində komanda 402 Qran Pridə iştirak etmiş və iki Konstruktorlar kubokunu qazanmışdır. Komandanın pilotları dörd dəfə dünya çempionu olublar. Brabham bolidlərində 35 qələbə əldə edilib.