Almaniyanın Brabus atelyesi yeni layihəni təqdim edib. Bu, 900 at qüvvəli Rocket 900 One Of Ten liftbekidir. Adından da göründüyü kimi ümumilikdə on belə avtomobil istehsal ediləcək və onların hər biri Mercedes-AMG GT 63 S 4Matic + modelinə əsaslanacaqdır. İlk nüsxənin qiyməti 435,800 avrodur.
Yeni layihə beşqapılı Mercedes-AMG GT 63 S 4Matic + liftbekinə əsaslanır. Təkmilləşmələrdən sonra liftbek karbon lifindən hazırlanmış yeni aerodinamik kuzov dəstinə, hündürlüyü 25 millimetr aşağı salınmış asqıya, habelə ön tərəfdə 21-düymlük və arxada isə 22-düymlük müxtəlifd ölçülü döymə Monoblock Z təkər disklərinə sahib olub.
Liftbekin təchiz edildiyi 4,0-litrlik V8 biturbo mühərrikinin hasilatı 900 at qüvvəsinə və 1.250 Nm-ə qədər artırılıb. Ancaq bunun üçün mühərrikin iş həcmini yarım litr artırmaq gərək olub. Rocket 900 modeli 100 km/saat həddini 2,8 saniyəyə, 200 km/saatı - 9,7 saniyəyə, 300 km/saatı isə 23,9 saniyəyə toplayır. Təkərlərin qarşısı alınmaz aşınmasının qarşısını almaq üçün, maksimal sürət həddi elektronika tərəfindən 330 km/saat həddinə məhdudlaşdırılıb.
Alman mühəndisləri ümumilikdə 10 ədəd Rocket 900 hazırlayacaqdırlar. Hər bir nüsxə müştərinin istəyi ilə fərdi interyerə sahib olacaqdır. İlk avtomobilin salonu sırıqlı dəri və seçilən tikişi olan alkantara, habelə karbon lifindən detalları ilə tərtib olunub. Təkmilləşdirilmiş "Roket" modelinin qiyməti 435,800 avrodur.