Brabus atelyesi dəbdəbəli Mercedes-Maybach GLS 600 ofrouderinin daha güclü versiyasını nümayiş etdirib. Krossover gücü 900 at qüvvəsinə qədər artırılmış mühərrikə, aktiv klapanları olan aşağı təzyiqli yeni buraxılış xəttinə, Airmatic Sports asqısının endirmə blokuna, 24-düymlük təkər disklərinə, habelə yüksək keyfiyyətli nazik dəri ilə üzlənmiş və “görünən” karbondan hazırlanmış dekorativ əlavələrlə bəzədilmiş Brabus Masterpiece salonuna sahib olub .

Keçən ilin payızında Mercedes-Maybach GLS 600 bazasında inşa edilmiş Brabus 800 krossovei debüt edib. Krossover ciddi şəkildə təkmilləşdirilib, standart “biturbosəkkizliyin” hasilatını 800 at qüvvəsinə və 950 Nm fırlanma anına qədər artırılıb. Bunun kifayət olmadığını düşünənlərə isə, Brabus 900 modeli ünvanlanıb. Modelin adındakı rəqəm kapotun altındakı “atların” sayını, həmçinin avtomobilin 100 km/saat həddinə 4,2 saniyəyə sürətlənəcəyini göstərir.

Brabus 900 modelinin texniki hissəsi 900 Rocket Edition ofrouderinə bənzəyir. 4,0-litrlik mühərrikin həcmi 4,5 litrə qədər artırılıb, sürgü qolları, porşenlər və turbokompressorlar dəyişdirilib. Buraxılış xətti paslanmayan poladdan hazırlanıb, idarə edilən klapanlarla təchiz olunub və iki rejim təklif edir: sakit Coming Home və xtonik Sport. Güc aqreqatının pik hasilatı 900 at qüvvəsi və 1250 Nm təşkil edir. Adi Mercedes-Maybach GLS 600 ilə müqayisədə artım 342 at qüvvəsi və 520 Nm olub.

Mühərrikin fırlanma anı doqquz pilləli “avtomat” və tam ötürməli transmissiya vasitəsilə təkərlərə ötürülür. Krossoverin 100 km/saata sürətlənməsinə orijinaldan 0,6 saniyə az vaxt gərəkdir, maksimal sürət həddi isə 250 əvəzinə 320 km/saatdır. Zahiri cəhətdən Brabus 900 modelini 24-düymlük Monoblock M Platinum Edition təkər diskləri, “görünən” karbondan aerodinamik elementləri, arxa sütunlarındakı Brabus Masterpiece loqoları və dəbdəbəli interyer sayəsində tanımaq olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əvvəlki kimi, Brabus ən yüksək keyfiyyətli dəri ilə genişləndirilmiş tərtibatı  təklif edir. Nümayiş nüsxəsinin salonu qara və bej rənglərlə tərtib edilib, oturacaqlarda və yastıqlarda balıqqulağı naxışları var. Bütün kreslolar elektrik tənzimlənməsi, qızdırılma, havalandırma və masaj funksiyaları ilə təchiz olunurlar. Arxa sərnişinlərin ixtiyarına temperatur tənzimlənməsi və havanın keyfiyyətinə nəzarəti olan ayrıca  kondisioner qurğusu, həmçinin ayaq zonasındakı iki elektrik qızdırıcısı verilib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.