Tüninq atelyeləri zavod çeşidində olan boşluqlardan məharətlə istifadə edirlər. Məsələn, Mercedes-Benz yeni G-Class kabrioletini hazırlayarkən, Brabus onun satışa çıxmasını gözləmək istəməyən və ya daha eksklüziv bir avtomobil istəyən müştərilər üçün yeni təklif hazırlayıb. Üstəlik, Brabus ofrouderi iki modifikasiyada təklif edir: 800 Cabrio və XL 800 Cabrio.

Hər iki halda, adi Mercedes-AMG G63 ofrouderi 500-dən çox xüsusi sifarişlə hazırlanmış komponentdən ibarət olan mürəkkəb qatlanan dam örtüyünü alıb. Onun açılıb-bağlanmasına 20 saniyəyə gərəkdir. Bundan əlavə, ön şüşənin gücləndirilmiş çərçivəsi, karbon lifindən müdafiə qövsü, arxa şüşənin qızdırılması və aşağı salınmış damı qorumaq üçün yumşaq örtük nəzərdə tutulub. Əlbəttə ki, xüsusi arxa qapı və firma Widestar kuzov dəsti olmadan da ötüşməyib. İnteryerdə yeni dəri üzlük, trasnmissiyanın sükanaltı dəstəkləri və karbon lifindən dekor, eləcə də şirkətin adı həkk edilmiş çoxsaylı nişanlar var.

800 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edən təkmilləşdirilmiş 4,0-litrlik V8 biturbo mühərriki doqquz pilləli avtomatik transmissiya və tam ötürmə ilə birlikdə çalışır. Ofrouderin 100 km/saata  sürətlənməsi 4 saniyə çəkir, maksimal sürət isə, elektron olaraq 240 km/saat həddində məhdudlaşdırılıb. 24-düymlük Monoblock ZM disklərinə Hankook Ventus S1 Evo ZX şinləri taxılıb, idman yayları isə, klirensi 20-40 millimetr arasında azaldıb.

Bütün bu dəyişikliklərin kifayət qədər olmadığını hesab edənlər üçün isə, ekstremal XL 800 modelindən ilhamlanan Brabus XL 800 Cabrio versiyası hazırlanıb. Onun portal körpüləri, 480 millimetrlik klirensi və ofroud üçün nəzərdə tutulmuş dolğun şinlər taxılmış 22-düymlük diskləri var. Belə dəyişikliklər dinamikaya təsir göstəriblər: 100 km/saata sürətlənmə 4,6 saniyə çəkir, maksimal sürət isə, 210 km/saata qədər endirilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər iki versiya 50 nüsxə ilə məhdudlaşdırılmış tirajla istehsal olunacaq. Brabus 800 Cabrio modelinin qiyməti 877.000 dollardanbaşlayır. XL 800 Cabrio modelinin nümayiş versiyasının qiyməti isə, 1 milyon dollardır, lakin son qiymət əlavə opsiyalar siyahısından asılı olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.