Brabus atelyesi yeni nəsil Mercedes-Benz E-Class modeli üçün nəzərdə tutduğu tüninq proqramı kompleksini təqdim etmişdir. Belə ki, atelye mütəxəssisləri modelin bir sıra modifikasiyalarının gücünü artıraraq, yeni aerodinamik kuzov dəstinı və interyerin yaxşılaşdırlmasını təklif edirlər. Bunların sırasına 64 variantda işıqlanması olan Brubus loqotipini də daxil etmək olar.
Alman tüner sedan üçün öndəki hava girişlərinin forması ilə fərqlənən iki müxtəlif kuzov parçaları dəsti təklif edir. Hər iki halda ön tərəfdə splitter, arxada isə diffuzor quraşdırılır. Bununla bərabər, tünerlər baqaj bölümünün qapağına kiçik spoyler əlavə etmişdirlər. Eyni zamanda, sifarişçilər 18 - 21 düym arasında radiusu olan təkər diskləri dəstindən birini seçmək şansına malikdirlər. Ən iri radiuslu təkər diskləri öndə 255/30, arxada isə 295/25 ölçülü, Pirelli, Continental və ya Yokohama fırmalarının istehsalı olan şinlərlə təchiz edilirlər. Mercedes-Benz E-Class modelinin bütün modifikasiyaları üçün xromla örtülmüş dörd çıxış boruları olan səsboğucu sistem, «qaynar» Mercedes-AMG E43 4Matic modifikasiyası üçün isə tənzimlənən səsi olan buraxılış sistemi təklif edilir. Pnevmatik asması olan sedanlar üçün klirensi 30 millimetr azaldan xüsusi modul sifariş etmək mümkündür.
Avtomobillərin salonu ənənəvi olaraq müştərinin arzu və tələblərinə uyğun tərtib edilir. İstifadə edilən materialların siyahısına müxtəlif dəri, alkantara və metallar daxildir. Kandarlara quraşdırılmış lövhələrin işıqlandırılması salon işıqlandırması ilə həmahənglik təşkil edir və eyni sayda işıqlandırma variantına malikdir. Mühərriklərin təkmilləşdirilməsi üçün dəstlər iki dizel və bir benzin güc aqreqatları üçün hazırlanmışdır. Mercedes-Benz E350d modelinun 3,0-litrlik dizel mühəriiki əlavə 50 at qüvvəsi və 100 Nm əldə edərək, 308 at qüvvəsinə və 720 Nm fırlanma anına malik olmuşdur. Bu sedana 100 km/saat həddinə 5,7 saniyəyə (standart variantdan 0,2 saniyə daha yeyin) sürətlənmək imkanı verir. İki litrlik dörd silindrli dizel mühərriki ilə təchiz edilmiş E220d modifikasiyası isə 27 at qüvvəsi və 50 Nm əldə edərək, 221 at qüvvəsi və 450 Nm fırlanma anına sahib olmuşdir. Avtomobilin 2,0-litrlik benzin mühərriki ilə təchiz edilmiş E200 modifikasiyası 211 at qüvvəsinə (+27 at qüvvəsi) və 330 Nm (+30 Nm) malik olmuşdur.