Brabus əsasən Mercedes-Benz avtomobillərinin fərdiləşdirilməsi ilə tanınır, lakin atelyenin portfelinə Porsche və Rolls-Royce kimi digər şirkətlərin modellərinə əsaslanan layihələr də daxildir. Artıq Bentley də bu siyahıya əlavə olunub: bu günlərdə Bentley Continental GT və GTC modellərinin təkmilləşdirilmiş versiyaları olan Brabus 900 Superblack Coupe və 900 Cabriolet ikiqapılıları təqdim ediliblər.

Avtomobillər geniş çeşiddə xarici təkmilləşdirmələri alıblar. Karbondan hazırlanmış kuzov dəsti yeni splitter və hava girişlərini, eləcə də baqaj qapağındakı yığcam spoyleri və dörd çıxış borusu quraşdırılmış yeni diffuzoru ehtiva edir.

Buraxılış sistemi paslanmayan poladdan hazırlanıb və aktiv qapaqcıqlara malikdir. Bentley loqotipləri çıxarılıb və karbon örtmələrlə əvəz olunublar. Nəhayət, qara rəngli 22-düymlük Monoblock ZM Platinum Edition döymə diskləri quraşdırılıb.

Salon Brabus atelyesinin firma üslubunda tərtib edilib. İnteryerdə sırıqlı və perforasiyalı qara dəridən bol istifadə olunur. Oturacaqlarda alman atelyesinin loqotipləri həkk edilmiş emblemlər, ön panel, qapı panelləri və kandarlarda isə, karbondan hazırlanmış dekor peyda olub.

Hibrid güc aqreqatı standart elektrik üstqurumunu saxlayıb, lakin 4.0-litrlik V8 biturbo mühərriki əhəmiyyətli dərəcədə yenidən işlənib. Xüsusi hazırlanmış iki turbokompressor, yeni karbon liflindən hava girişi və yenidən proqramlaşdırılmış idarəetmə bloku əlavə 118 at qüvvəsi və 100 Nm-i təmin edərək, quc qurğusunun hasilatını 900 at qüvvəsi və 1100 Nm-ə çatdırıb. 

Nəticədə, 0-dan 100 km/saata qədər sürətlənmə 2.9 saniyə çəkir. Standart Bentley Continental GT və GTC modelləri 0-dan 100 km/saata müvafiq olaraq 3.2 və 3.4 saniyəyə sürətlənirlər. Elektronika tərəfindən məhdudlaşdırılan maksimal sürət həddi dəyişməz qalır:  müvafiq olaraq, 335 km/saat və 285 km/saat.

Brabus atelyesinin mütəxəssisləri avtomobillərin şassisini yenidən tənzimləyiblər və nəticədə klirens 20 millimetr azalıb. Aktiv pnevmatik asqı hər iki modeldə standart avadanlıqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alıcılar tam hazır Brabus 900 Superblack Coupe və 900 Cabriolet modellərini və yaxud mövcud avtomobilləri təkmilləşdirmək üçün dəstləri ala bilərlər. Kupenin qiyməti 490.000 avrodan, kabrioletin isə, 539.000 avrodan başlayır. Xatırladaq ki, standart Bentley Continental GT Speed modeli üçün ən azı 293.000 avro tələb olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.