Brabus atelyesi 2022-ci ilin yazında #1 indeksi ilə işıq üzü görmüş Smart krossoverinin çoxdan gözlənilən “bərkgedən” versiyasını nümayiş etdirib. Yeniliyə olan böyük maraq təsadüfi deyil: bu, brend tarixində nəinki ən iri və ən güclü, həm də tamötürməli ilk Smart avtomobilidir. Modelin təqdimatı, Geely holdinqinin qanadı altına keçmiş Smart markası üçün “vətənə” çevrilmiş Çində baş tutub. Smart #1 Brabus adi krossoverdən zahiri tərtibatı ilə fərqlənməklə yanaşı, onu güc və dinamika baxımından da üstələyir.

Smart #1 Brabus modelinin eksteryer və interyer dizaynını gizli saxlamaq mümkün olmayıb – yeniliyin casus şəkilləri debütündən bir ay yarım əvvəl İnternetə sızdırılıb. “Bərkgedən” krossover aqressiv kuzov dəstini, iri spoyleri və kuzovdakı qırmızı vurğuları əldə edib. Brabus mütəxəssislərinin təkmilləşdirdiyi Smart krossoveri 19-düymlük təkər disklərini, alüminium pedalları və qırmızı təhlükəsizlik kəmərlərinı alıb.

Smart #1 Brabus ikimühərrikli güc aqreqatına malikdir: arxa oxdakı 272 at qüvvəli standart elektrik mühərrikinə və ön oxda quraşdırılmış 156 at qüvvəli mühərrik dəstək verir. Qurğunun ən yüksək hasilatı 428 at qüvvəsidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Batareyanın tutumu qeyd edilməsə də, krossoverin dinamik xüsusiyyətləri açıqlanıb: “bərkgedən” elektrik krossoveri yerindən 100 km/saat həddinə sürətlənməyə 3,7 saniyə sərf edir, onun maksimal sürəti isə, elektronika tərəfindən180 km/saat həddində məhdudlaşdırılıb.

“Bərkgedən” elektrokrossun qiymətlər hələlik açıqlanmayıb, lakin onun Çində 190 min yuandan (47,7 min manat) satılan adi Smart # 1 modelindən xeyli baha olacağı aydındır. Smart #1 Brabus krossoverinin Çindəki satışlarına bu ilin payızında bnaşlamaq planlaşdırılır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.