Brabus şirkəti bu dəfə Bodo layihəsini bu kabriolet kuzovu ilə təqdim edib. Aston Martin Vanquish superkarının bazasında hazırlanan modelin kupe versiyası kimi, açıq variant da tamamilə yeni karbon kuzova, yenidən işlənmiş dizayna və gücləndirilmiş V12 mühərrikinə malikdir. Yumşaq dam 15 saniyədən az müddətdə açılıb-bağlanır.

Avtomobilin 5,2 litrlik V12 biturbo mühərriki 1.000 at gücü və 1.200 Nm hasil edir. Güc arxa təkərlərə 8-pilləli avtomatik transmissiya vasitəsilə ötürülür. Kabriolet 0-dan 100 km/saata 3,0 saniyəyə, 200 km/saata - 8,5 saniyəyə, 300 km/saata isə 23,9 saniyəyə süürətlənir. Maksimal sürət 360 km/saatdır.

Bodo kabrioleti iki fərqli kuzov rəngində nümayiş etdirilib: qara və Silk Stone krem çalarında. 22-düymlük disklər və Pirelli P Zero şinləri avtomobilin aqressiv görünüşünü tamamlayır. Arxada yerləşən karbondan hazırlanmış aktiv spoyler yüksək sürətdə yerəbasma qüvvəsini artırır və 140 km/saatdan yuxarı sürətlərdə əyləcləmə zamanı hava əyləci kimi də istifadə olunur.

Kabrioletin texniki göstəriciləri kupe versiyası ilə eynidir. 77 ədəd istehsal olunacaq hər bir avtomobilin başlanğıc qiyməti 1.077.000 avro təşkil edir. Bu rəqəm Brabus-un yarandığı 1977-ci ilə istinaddır. Brabus Bodo beləliklə Aston Martin Vanquish-in yalnız daha güclü versiyası deyil, onun tamamilə fərqli kuzovda yenidən düşünülmüş formasıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AUTOGRAPH NOTE

V12, karbon kuzov və açıq səma — Brabus-un Vanquish-ə cavabı bu dəfə daha da eksklüzivdir. Bodo kabrioleti göstərir ki, Brabus üçün zavod modelinin sərhədləri sadəcə başlanğıcdır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.