Məşhur tüninq atelyelərindən biri olan Brabus GmbH şirkəti Mercedes-Benz C450 AMG Sport və yaxud yeni adı ilə desək Mercedes-AMG C43 modeli üçün təklif etdiyi tüninq proqramını təqdim etmişdir. Proqram avtomobilin mühərrikinin gücünün artırılmasını, və əlbəttə ki, kompozit materiallardan hazırlanmış aerodinamik kuzov dəstinin quraşdırılmasını nəzərdə tutur. Bundan əlavə, avtomobildə paslanmayan poladdan hazırlanmış buraxılış sistemi də quraşdırılır ki, ön panelində yerləşən düymədən istifadə etməklə sistemin səsini dəyişmək olar.
Brabus mühəndisləri ilk növbədə avtomobilin mühərriki üzərində çalışmışdırlar. PowerXtra B30-410 dəstinin tətbiqi nəticəsində avtomobilin mühərrikinin gücü 43 at qüvvəsi, fırlanma anı isə 50 Nm artlrllmışdır. Nəticədə, 367 at qüvvəsi və 520 Nm fırlanma anına malik olan mühərrikin güc göstəriciləri 410 at qüvvəsi və 570 Nm fırlanma anı təşkil edir. Bu dəyişikliklər sayəsində avtomobil 100 km/saat həddini 4,6 saniyəyə toplayır. Adi C450 AMG Sport modeli ilə müqayisədə Brabus mütəxəssislərinin hazırladığı avtomobil 0,3 saniyə daha yeyindir.
Bundan başqa, atelye mütəxəssisləri avtomobilin iç məkanını da yüksək kefiyyətli materiallarla işləməyi təklif edirlər. Müştərilər həmçinin, Brabus atelyesinin hazırladığı xüsusi 18 və ya 19-düymlük yüngüllehimli diskləri də sifariş edə bilərlər.