Alman Brabus atelyesi yeni Mercedes-Benz C-Class modelinin hibrid olmayan top versiyalarını təkmilləşdirib. Benzin və dizel turbomühərrikləri ilə təchiz edilmiş C 300 modifikasiyası üçün çip-tüninq, asqının hündürlüyünün azaldılması, yeni təkər diskləri, buraxılış sistemi, aerodinamik kuzov dəsti və dekorativ elementlərdən ibarət olan təkmilləşdirmələr paketi təklif edilir. Əldə edilən nəticə Brabus D30 dizel universalı və Brabus B30 benzin sedanının timsalında nümayiş olunur.

Brabus təfsirində olan yeni C-Class modellərini hava girişləri zonasında LED gündüz hərəkət işıqları olan bamperləri, inkişaf etdirilmiş ön splitterləri, 18, 19 və ya 20 düymlük firma Brabus Monobloc Z diskləri, eləcə də AMG modellərində olduğu kimi, buraxılış sisteminin “ikilüləli” çıxış boruları cütlyü sayəsində ayırd etmək olar.

İnteryerdə orijinal ayaqaltılar, "brendləşdirilmiş" qapı kandarları və pedalları peyda olub, müştərinin arzusu ilə salon dəlikli dəri və alkantara ilə üzlənə bilər.

Texniki hissəyə müdaxilə asqılara da aiddir - idman yayları klirensi 20-30 millimetr azaldır və idarəetmənin yaxşılaşdırılmasına kömək edirlər.

Mercedes-Benz C 300 4Matic modelinin benzin mühərriki Brabus mütəxəssislərinin müdaxiləsindən sonra 300 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir, yəni artım 42 at qüvvəsi və 50 Nm olub. Nümayiş olunan Brabus B30 sedanı 100 km/saat həddinə sürətlənməyə 5,8 saniyə sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz C 300 d modelinin dizel mühərriki isə, təkmilləşdirmədən sonra 310 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir, yəni artım 45 at qüvvəsi və 50 Nm olub. Arxa ötürməli universal daha yeyindir – o, 100 km/saat həddini 5,6 saniyəyə toplayır.

Əlbəttə ki, Brabus atelyesi tərəfindən təkmilləşdirilimiş sedan və univerallar AMG bölməsinin hibrid modelləri ilə rəqabət apara bilməz. Məsələn, artıq sifarişlərin qəbul edildiyi Mercedes-AMG C 43 modeli 408 at qüvvəsi və 500 Nm fırlanma anına malikdir, üstəlik, 700 at qüvvəli hibrid güc qurğusuna malik olan ekstremal Mercedes-AMG C 63 modeli də yoldadır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.