Brabus atelysi Mercedes-Benz EQS 450 elektrik liftbeki üçün təkmilləşdirmələr proqramını təqdim edib. Brabus mütəxəssisləri avtomobilin güc qurğusuna toxunmayıblar, lakin aerodinamik məsələlərə ciddi yanaşıblar. Karbondan hazırlanmış yeni elementlər, yeni təkərlər və pnevmatik asqının xüsusi idarəetmə bloku qaldırma qüvvəsini 40, hava müqaviməti əmsalını isə 7,2 faiz azaldıb.
Brabus atelyesinin portfelində artıq bir neçə elektromobil var. Hər şey Tesla elektrokarı üzərində aparılan təcrübələrlə başlanıb. Sonra isə, 2020-ci ildə, Bottropda fəaliyyət göstərən atelye Mercedes-Benz EQC krossoveri üçün təkmilləşdirmələr paketini hazırlayıb və 2022-ci ilin yazında Porsche Taycan modelini təkmilləşdirib. Sonuncu halda, tüner işləri aerodinamika və Monoblock təkər disklərinin quraşdırılması ilə məhdudlaşdırıb. Bundan başqa, Taycan modelinə pnevmatik asqının SportXtra idarəetmə modulunu əlavə ediblər.
Brabus atelyesi Mercedes-Benz EQS 450+ modelinin təkmilləşdirməsində eyni prinsipdən istifadə edib. Əvvəlcə elektrik liftbekini karbondan hazırlanmış ön spoylerlə təchiz ediblər. Yeni spoyler, təkcə aerodinamik müqavimət əmsalını deyil, həm də yüksək sürətlərdə elektromobilin ön oxuna təsir göstərən qaldırıma qüvvəini də azaltmağa yardım edib.
İkincisi, EQS modelinin təkər tağlarında havalandırma deflektorları peyda olub, elektrokar diffuzoru və arxa spoyleri əldə edib. Bu elementlər birlikdə qaldırma qüvvəsini 40 faiz azaldıblar. Nəhayət, 22-düymlük Monoblock M təkər diskləri və klirensi azaldan SportXtra modulu (öndə - 15, arxada -25 millimetrə qədər) onsuz da aşağı olan aerodinamik müqavimət əmsalını 7,2 faiz azaldıb
Əlbəttə ki, Mercedes-Benz EQS modeli üçün Brabus Masterpiece firma interyerini və müxtəlif aksessuarları da sifariş etmək olar. Onların arasında alüminium pedallar, kandar lövhələri və məxmər ayaqaltılar var. Lakin elektrik güc qurğusunun hasilatında artım yoxdur. Bununla belə, E-PowerXtra dəsti EQC 400 4Matic modelinin gücünü 300-dən 310 kilovata (408-dən 422 at qüvvəsinə), fırlanma anı isə 765-dən 830 Nm-ə qədər artırırdı.
Belə elektromobilin qiyməti 173 889,94 avrodur. Müqayisə üçün qeyd edək ki, Almaniyada adi EQS 450+ elektrokarı 107 326, “bərkgedən” Mercedes-AMG EQS 53 4Matic+ liftbeki isə, 152 546 avroya satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.