Brabus şirkəti Mercedes-Benz avtomobillərinin sahiblərinin istənilən arzularını yerinə yetirmək iqtidarındadır. Bu dəfə alman tüner Mercedes-AMG GLE 63/63S 4Matic ofroderinin sahibləri üçün nəzərdə tutduğu tüninq proqramını açıqlamışdır. Düzlükdə yüksək sürətlə hərəkət etməyi sevən GLE sahibləri mütləq bu proqramdan yararlanmaq istəyəcəklər.

Bununla belə, Brabus mütəxəssisləri sizin avtomobilinizi iri aerodinamik kuzov dəstinə malik olan “vəhşiyə” deyil, şıq kostyum geyinmiş sürətli atletə çevirməyi təklif edir. Alman atelyesinin mütəxəssislərinin təklif etdiyi tüninq dəsti karbondan hazırlanmış bir neçə cəlbedici elementləri olan və avtomobilə cəlbedici görkəm bəxş edən bir dəstir.

Bunlara misal olaraq, elə həmin karbondan hazırlanmış gözəgəlimli ön spoyleri və arxa diffuzoru göstərmək olar.

Mercedes-AMG GLE 63 4Matic modeli üçün  19-21 düym arasında dəyişən ölçülərlə təkər diskləri təklif edən AMG atelyesindən fərqli olaraq, Brabus mütəxəssisləri ofroderi 23-düymlük Monoblock diskləri ilə təchiz etməyi üstün tuturlar. Bir sözlə, Brabus mütəxəssisləri GLE modelini, avtomobil ağ rəngə boyanmış olsa belə,  daha “tünd” görünməyə vadar edirlər.  

Brabus mütəxəssisləri Mercedes-AMG GLE 63 S 4Matic modelinin səkkiz sislindirli mühərrikinin gücünü 700 at qüvvəsinə, fırlanma anını isə 960 Nm artırmağı təklif edirlər. Belə gücə malik olan 2,4 tonluq avtomobil düzlükdə 300 km/saat sürətini asanlıqla toplamaq iqtidarındadır. Əgər bu göstəricilər sizə azlıq edərsə qəm yeməyin – siz 850 at qüvvəsi və 1450 Nm fantastik fırlanma anına malik olan ofroderi sifariş edə bilərsiniz. 850 at qüvvəli avtomobil sizi 100 km/saat həddinə 3,8 saniyəyə çatdıracaqdır. Yeganə minus - 320 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılan maksimal sürət həddidir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt