Brabus şirkəti də Cenevrə avtosalonuna əsaslı şəkildə hazırlaşıbmış. Mercedes-Benz şirkətinin məhsullarının təkmilləşdirilməsi ilə məşhurlaşmış Bottrop atelyesi avtosalonda nümayiş etdirmək üçün yeni nəsil Mercedes-Benz GLE və GLS krossoverlərini hazırlayıb.
İlk növbədə Bottroplu dizaynerlər avtomobillərin xarici görünüşünə əl gəzdiriblər. Hər iki krossover yeni hava girişləri və işıqlandırma elementləri olan ön bamperə sahib olub. Avtomobilin sahibi ona yaxınlaşarkən və ya kiminsə qapı dəstəyini dartması halında bu işıqlar aktivləşir. Krossoverlərin damının arxa hissəsində daha aqressiv formaya malik olan spoyler quraşdırılıb. Eyni zamanda, tuner 23 düymə qədər ölçüləri olan müxtəlif təkər disklərini də təşkil edir.
Texniki cəhətdən dəyişikliklər də vardır. Atelye mütəxəssisləri PowerXtra D30 modulunun köməkliyi ilə GLE 300d modelinin mühərrikinin hasilatını 302 at qüvvəsinə və 690 Nm qədər artırmağa müvəffəq olublar. GLE 400d mühərriki isə, artıq 365 at qüvvəsi və 750 Nm fırlanma anı təklif edir.
Brabus mühərrikin təkmilləşdirilməsi ilə yanaşı, Airmatic asqısı üçün klirensi 25 millimetr azaldan xüsusi modul hazırlayıblar. Mercedes-Benz markasının bayraqdar krossoveri olan GLS üçün də eyni təkmilləşdirmələr dəsti təklif olunur.