Brabus atelyesi Porsche 911 Turbo S modelinin bazasında hazırlanmış 900 at qüvvəli Rocket R kupesini təqdim edib. Sportkar genişləndirilmiş kuzov dəstini, müxtəlif ölçülü təkərləri və elektron idarələnən klapanları olan inkoneldən hazırlanmış buraxılış sistemini alıb. Buradakı mühərrik 900 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir və kupeni 100 km/saata 2,5 saniyəyə sürətləndirir. Məhdud tiralı sportkarın interyeri alkantara, dənəli dəri və karbonplastik ilə tərtib edilib.
Hazırki Porsche 911 sportkarı artıq hər kəsə uyğun olan bir avtomobilə çevrilib. İdman avtomobili çox sürətlidir, lakin eyni zamanda, qrand turer və hətta kemper də ola bilər. Lazımi səviyyədə təkmilləşdirmələr aparıldıqda, o asanlıqla “hiperkar qatilinə” dəçevrilir. Bu yanaşmaya misal kimi, Brabus 900 Rocket R modelini göstərmək olar. Kupe 25 nüsxədə istehsal olunacaq və alıcıya 549 min avroya başa gələcəkdir!
Tənzimlənən ön spoyleri, kevlardan dekoru və qanadlardakı nəhəng hava kanalları olan Brabus Widestar kuzov dəsti üçün eyni məbləği ödəmək gərəkdir. Porsche həmçinin, BoostXtra tökmə klapanının adapterini və döğvrədəyişdirən klapanları olan istiliyədavamlı inkoneldən hazırlanmış yeni buraxılış xəttini əldə edəcək. 3,8-litrlik altısilindrli oppozit mühərriki, öz növbəsində, iki böyüdülmüş turbokompressoru əldə edəcək və onun hasilatı 900 at qüvvəsinə və 1000 Nm fırlanma anına qədər artacaqdır.
Belə güc-çəki nisbətinə malik olan Brabus 900 Rocket R 100 km/saata sürətənməsi 2,5 saniyə çəkəcəkdir. Xatırladaq ki, adi 911 Turbo S bu işə 2,7 saniyə sərf edir. Ekstremal kupenin 200 km/saat həddini 7,2 saniyə (- 1,7 saniyə) toplayacaq, maksimal sürət isə 340 km/saat (+10 km/saat) olacaqdır. Nəzəri olaraq, 900 Rocket R daha yeyin ola bilər, ona görə də, buradakı məhdudlaşdırıcı yalnız təkərləri və avtomobil sahibinin psixikasını qorumaq üçün nəzərdə tutulub.
Diqqət çəkən digər məqamlar arasında tənzimlənən koyloverlər və karbonplastik qoruyucu-qalxanları olan müxtəlif ölçülü Brabus Monoblock P Platinum Edition təkər diskləri var. 900 Rocket R modelinin interyeri tutqun atmosferə malikdir, baxmayaraq ki, burada ən yüksək keyfiyyətli istifadə olunub. Belə tərtibat Edam Mondial Black adlanır. Salonun üzlənməsi üçün alkantara, karbon, dəlikli və üçölçülü qabartması olan dəbdəbəli dənəli dəridən istifadə olunur. Pedallar və sol ayaq dayağı anodlaşdırılmış alüminiumdan hazırlanır, bəzi elementlərə isə Shadow Chrome örtüyü çəkilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.