45-illik fəaliyyəti ərzində Brabus atelyesi Mercedes-Benz, eləcə də alman markası ilə əlaqəli olan Maybach və smart markalarının avtomobillərinin tüninqi ilə məşğul olub. Bu qaydalardan epizodik istisnalar da olub: məsələn, 1994-cü ildə Botrop təmsilçisi Bugatti EB110 superkarını təkmilləşdirilmiş və onu bir nüsxədə inşa etmişdi.

Bundan sonra Tesla elektromobillərini təkmilləşdirmək cəhdləri olsa da, onların texniki hissəsinə demək olar ki, müdaxilə edilməmişdi. Artıq botroplular yeni tərəfdarların (və ya qurbanların) axtarışına başlayıblar. Brabus atelyesi öz portfelini genişləndirir - almanlar Porsche və Rolls-Royce avtomobillərinin tüninqini həyata keçirəcəyini elan edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artıq üç avtomobil hazırlanıb - bunlar Rolls-Royce Ghost və Porsche 911 Turbo S Cabriolet benzin modelləri, habelə Porsche Taycan Turbo S elektromobilidir. Onların hamısı eyni resept ilə təkmilləşdiriliblər: karbondan kuzov dəsti, əlavə aerodinamik elementlər və orijinal təkər diskləri.

Avtomobillərin interyeri firma korporativ üslubda təzadlı tərtibata malikdirlər. Lakin Rolls-Royce sedanın bəxti bir qədər gəlirib - avtomobilin statusuna uyğun olaraq, interyer nisbətən təmkinli şəkildə tərtib olunub. Dəbdəbəli Britaniya sedanının salonunda yalnız karbondan hazırlanmış dekoru görmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər üç avtomobildəyenidən işlənilmiş asqı var: elektron idarəetməsi olan tənzimlənən adaptiv amortizatorlar quraşdırılıb ki, bu da klirensi 20-25 millimetr azalatmağa imkan verir. Porsche Taycan modelində baş vermiş dəyişikliklərin siyahısı bununla bitir: Tesla elektrokarlarında olduğu kimi, Brabus mütəxəssisləri alman elektrokarının texniki hissəyə müdaxilə etməyiblər. Xatırladaq ki, Porsche Taycan Turbo S sedanı artıq zavoddan 761 at qüvvəsi və 1050 Nm fırlanma anı hasil edən ikimühərrikli elektrik güc qurğusu ilə çıxır.

Təkmilləşdirilmiş Porsche 911 Turbo S kabrioleti Brabus 820 adlandırılıb və şirkətin ənənəsinə uyğun olaraq, yeni indeks avtomobilin mühərrikinin gücünə işarə edir. 3,7-litrik oppozit biturbo mühərriki yeni turbokompressorlara, idarəetmə blokuna, buraxılış sisteminə və bir sıra digər elementlərlə sahib olub. Nəticədə, güc qurğusunun gücü 650-dən 820 at qüvvəsinə, fırlanma anı isə 800-dən 950 Nm-ə qədər artırılıb. Kabrioletin 100 km/saata sürətlənmə müddəti 2,8-dən 2,5 saniyəyə endirilib, maksimal sürət isə, 330-dan 340 km/saata yüksəldilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rolls-Royce Ghost sedanının kapotu altında quraşdırılmış 6,75-litrlik V12 mühərriki də təkmilləşdirilib - standart olaraq 571 at qüvvəsi və 850 Nm hasil edən benzin mühərriki indi 700 at qüvvəsi və 950 Nm fırlanma anı təklif edir. Nəticədə, Brabus 700 adını almış dəbdəbəli sedan 100 km/saat həddini 4,6 saniyəyə toplayır ki, bu da adi Ghost sedanında olduğundan 0,2 saniyə yeyindir. Bununla belə, maksimal sürət əvvəlki kimi 250 km/saat həddində saxlanılıb.

Brabus artıq hər üç modelin təkmilləşdirilməsi üçün sifarişləri qəbul edir, lakin görünən odur ki, çeşidin genişləndirilməsi bununla bitməyir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.