Hər kəsin Mercedes-Benz avtomobillərinin məşhur tüninq atelyesi kimi tanıdığı Brabus GmbH şirkəti qeyri-adi layihəyə imza atmışdır. Alman tüninq atelyesi özünün hərtərəfli və dəqiqliklə hazırlanmış tüninq proqramları ilə tanınır. Lakin, bu dəfə alman mütəxəssisləri Tesla Model S P90D avtomobilini təkmilləşdirməyi qarşılarına məqsəd qoymuşdurlar. Sual yarana bilər ki, 772 at gücünə malik olan elektrik mühərriki ilə təchiz edilmiş elektromobili necə təkmilləşdirmək olar?

Affalterbax şəhərindən olan mütəxəssislər ilk növbədə avtomobilin aerodinamikası üzərində işləmişlər. Onlar «Ludicrous Mode» («Gülməli rejim») rejimi ilə təchiz edilmiş elektromobilin «ən qabaqcıl və yüksək məhsuldalığa malik olan» avtomobil kimi qələmə verərək onun texniki hissəsinə müdaxilənin mənasız olduğunu bildirmişlər.

Alman mütəxəssislər elektromobil üçün, tərkibinə karbondan hazırlanmış kuzov parçaları daxil olan tüninq dəsti hazırlamışdırlar. Alman tüner Tesla Model S modelini geniş havalandırma girişləri olan ön bamper, forması dəyişdirilmiş radiator barmaqlığı, yan kandarlar və yeni diffuzoru olan arxa bamperlə təchiz etmişdirlər. 

Bundan başqa, avtomobilin baqaj bölməsinin qapağına karbondan hazırlanmış şıq spoyler də quraşdırılmışdır. Əlbəttə ki, bütün bunları həyata keçirmək 21-düymlük təkər diskləri olmadan mənasızdır.

Brabus mütəxəssisləri avtomobilin iç məkanında da bir sıra dəyişikliklər etmişlər. Bu dəyişiklikər qapı kandarlarına quraşdırılmış paslanmayan poladdan hazırlanmış işıqlandırılan lövhələrdən, açıq yaşıl rəngli dəri ilə örtülmüş oturacaqlardan və modifikasiya edilmiş mərkəzi konsoldan ibarətdir.

Əlavə olaraq mərkəzi konsoldakı stəkanaltılar soyutma və isitmə funksiyaları, həmçinin işıqlandırma ilə təchiz edilmişdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt