Mercedes-Benz şirkətinin istehsalı olan avtomobillərin tüninqi ilə məşhurlaşmış Brabus atelyesi yeddi klassik Mercedes-Benz avtomobilini tamamilə bərpa etmişdir. Bərpa edilmiş avtomobillərin kütləvi nümayişi Essendə keçirilmiş Techno-Classica sərgisində həyata keçirilmişdir. Yenidən bərpa edilən avtomobillərin sırasında 300 SL Gullwing kupesi, 300 SL Roadster, 600 Pullman limuzini, 280SE 3.5 Cabriolet modeli və üç ədəd 280SL rodsteri vardır.
Klassik Mercedes-Benz avtomobillərinin bərpasına təxminən dörd min insan-saat sərf edilmişdir. Hər bir avtomobil «sonuncu qayka və vintinə kimi» sökülmüşdür. Bundan sonra, yalnız orijinal ehtiyat hissələrinin saxlanması üçün hər bir detal kataloqdakı hissələrlə müqayisə edilmişdir.
Avtomobillərin kuzovları korroziyadan müdafiəni təmin edən örtüklə işlənmiş və orijinal rənginə boyanmışdırlar. Bundan başqa, Brabus şirkətinin mütəxəssisləri avtomobillərin mühərriklərini və transmissiyalarını tamamilə sökərək yenidən yığmışdırlar. Əlavə olaraq avtomobillər asqı və əyləc mexanizmləri yeni komponentlər ilə təchiz edilmişdirlər.
Avtomobillərin salonu da yenilənmişdirlər. Mütəxəssilər interyerin tərtibatında orijinala bənzəyən materiallardan istifadə etmişdirlər. Bundan başqa, onlar ön paneldə olan taxta əlavələri yenidən işləmişdirlər.
Bütün avtomobillərə Brabus tərəfindən iki il zəmanət verilir. Bərpa edilmiş avtomobillərin dəyəri haqqında məlumat verilməmişdir.