Məşhur Brabus tüninq atelyesi Cenevrə avtosalonunda yeni “Gelendavagen” üçün növbəti təkmilləşdirmələr layihəsini təqdim edəcəkdir. Brabus 800 Adventure XLP adını almış ofrouder yük platformasına, artırılmış klirensə, genişləndirilmiş təkər izinə, gücləndirilmiş mühərrikə və yenidən tərtib olunmuş salona sahib olub. Sərgidə nümayiş etdiriləcək pikapa 666 min avro (1,2 milyon manat) qiymət təyin ediblər.
Brabus 800 Adventure XLP modelinin əsasını ciddi şəkildə təkmilləşdirilmiş ikinci nəsil Mercedes-AMG G 63 modeli təşkil edir. Atelye mütəxəssisləri ofrouderin təkər bazasını 500 millimetr artıraraq, salonun arxasında açıq yük platformasını əlavə ediblər. Əlavə olaraq, pikap, klirensi 490 millimetrədək artıran və portal körpülərə malik olan qeyri-standart asqını əldə edib.
Pikapın ümumi uzunluğu 5310 millimetrdir ki, bu da, adi G-Class modelində olduğundan 700 millimetr çoxdur. Brabus mühəndisləri, baş vermiş dəyişikliklərin ramanın burulmaya qarşı sərtliyinə və kuzovun güc qurluşunun möhkəmliyinə təsir etmədiyini iddia edirlər.
Pikapın eksteryerindəki Brabus üslubu inteqrasiya olunmuş işıqlandırması olan qanadların firma dizaynı, kapotdakı hava girişinin “donqarı”, damdakı əlavə işıqlandırma və loqotipləri ilə özünü biruzə verir. Genişfüzelyajlı kuzov dəsti ofrouderin enini 116 millimetr artırıb. Bundan əlavə, pikap bucurqad quraçdırılmış ön bamperə, kuzovun sərtliyini artıtan tirlərə və Wingcopter dronuna sahib olub.
Modelin adındakı "800" indeksi mühərrikin artırılmış hasilatına işarə edir: Brabus mütəxəssisləri 4,0-litrlik V8 biturbo mühərrikinin gücünü 800 at qüvvəsinə, frılanma anını isə 1000 Nm-ə qədər artırıblar. 22 düymlük yolsuzluq şinlərinə malik olan pikap 100 km/saata sürətlənməyə 4,8 saniyə sərf edir ki, bu da, adi şinlərə malik olan Mercedes-AMG G 63 modelində olduğundan 0,3 yavaşdır.
Ənənəvi olaraq, Brabus dizaynerləri müştərinin istəyinə uyğun olaraq salonu yenidən tərtib etməyə hazırdırlar. Sərgidə nümayiş etdiriləcək ofrouder üçün tünd-qəhvəyi rəngli Burned Oak dərisini seçiblər: kreslolar, qapı xəritələri və ön panel nəcib materialla örtülübdür. İnteryerdə kontrast yaratmaq üçün, hava deflektorlarının, sükan çarxının, mərkəzi tunelin və qapıların tərtibatında karbondan hazırlanmış dekordan istifadə ediblər.
Brabus 800 Adventure XLP modlinin gövdəsi poladdan hazırlansa da, platformanın daxili divarları karbondandır. Yük bölümünün döşəməsinə xüsusi örtük sərilmişdir ki, bu da, Brabus pikapını yüklərin daşınması üçün əlverişli edir. Xatırladaq ki, Mercedes-Benz G 63 6x6 AMG modelinin yük bölməsi yüklərin daşınmasını əlverişsiz edən yaxta ağacı ilə örtülüb.
Brabus şirkəti Brabus 800 Adventure XLP modelinin buraxılış tirajını açıqlamayıb, lakin First Edition seriyasından olan pikaplarının başlanğıc qiymətini açıqlanıb - 575.630 avro (1.066.510 manat). Fərdi opsiyaları nəzərə alsaq, pikapın qiymətini asanlıqla 100 min də artırmaq olar. Məsələn, Cenevrə avtosalonu üçün hazırlanmış nüsxə 666.386 avroya (1.234.660 manat) qiymətləndirilib. Pikapın o qədər də ekstremal olmayan BRABUS 700 Adventure XLP adlı versiyası 389.831 avroya (721.500 manat) satılacaqdır.