Brabus tüninq atelyesi yenilənmiş Mercedes-Maybach S-Class sedanı üçün tüninq proqramını təqdim edib. Yeni avtomobil Brabus 900 adlandırılıb. Sedanın adındakı 900 rəqəmi onun mühərrikinin gücündən xəbər verir.
Brabus 900 iki turbokompressoru olan V12 mühərriki ilə hərəkətə gəlir. 900 at qüvvəsinə malik olan güc aqreqatı 1500 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, bu mühərrikin baza variant 630 at qüvvəsinə və 100 Nm fırlanma anına malikdir. Bu mühərrik yeddi diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.
Bottropdan olan mütəxəssislər V12 mühərrikini iki yeni turbine, başqa porşen və sürgü qolu, dəyişdirilmiş dirsəkli val və başqa buraxılış sistemi ilə təchiz ediblər. Yerindən 100 km/saat həddinə “bərkgedən” limuzin 3,7 saniyəyə sürətlənir. Sedanın maksimal sürəti 350 km/saat təşkil edir.
Məlum məsələdir ki, dəbdəbəli sedan Brabus atelyesinin təklif etdiyi aerodinamik kuzov dəstinə və iri ölçülü təkər disklərinə sahib olub. Brabus 900 modelinin interyeri sifarişçinin tələblərinə uyğun tərtib edilir. Brabus şirkəti eyni zamanda, Mercedes-AMG S 63 modelinin bazasında hazırlanmış Brabus 700 sedanını təqdim edib. Brabus B40-700 PowerXtra moduluna sahib olan sedanın iki turbokompressorlu 4,0-litrlik V8 mühərrikinin gücü 900 at qüvvəsinə, fırlanma anı isə 950 Nm-ə qədər artırılıb. “Qaynar” sedan onun görkəminə aqressivlik bəxş edən, karbondan hazırlanmış aerodinamik kuzov dəstinə sahib olub.
Müştərilərə iki növ təkər disklərindən seçmək imkanı da verilibdir.