Bilindiyi kimi, son zamanlar avtomobil istehsalçıları buraxdığı modellər üçün geniş fərdiləşdirmə proqramları təklif edir. Mercedes-Benz şirkətinə mənsub olan AMG GmbH atelyesini buna misal gətirmək olar. Lakin, elə insanlar var ki, bununla kifayətlənmək istəmirlər. Nadir halda rast gəlinən sarı rəngli Mercedes-AMG G63 yolsuzluq avtomobilinin sahibi də belə insanlardandır. O məşhur Brabus atelyesinə mühariət edərək avtomobilini mükəmmələşdirmək istəmişdir.
Adətən, Brabus atelyesinin qapılarından çıxan avtomobillər qara və ya boz rəngə boyanmış olur. Bu dəfə tünerlər sürətli «kərpici» qiyməti 10000 dollar edəcək Solarbeam Yellow rənginə boyamışdırlar. Bu məsələdə əlbəttə ki, avtomobilin sahibinin arzusu nəzərə alınmışdır. Brabus atelyesi rəng barədə illər əvvəl qəbul etdiyi ciddiyəti qoruyub-saxlamaqda israrlıdır.
Brabus 700 adını almış avtomobil alman tünerlərinin hazırladığı və tərkibinə karbondan hazırlanmış əlavələri və hava girişləri olan kapot, qara Brabus radiator barmaqlığı, iri hava girişləri olan ön bamper, yeni fənərlər və işıq diodlarından hazırlanmış əlavə gündüz hərəkət işıqları daxil olan Widestar aerodinamik parçalar dəstini əldə etmişdir.
Avtomobilin arxa hissəsində ehtiyat təkərinin karbondan hazırlanmış qapağını, işıq diodlarından hazırlanmış fənərlər quraşdırılmış yeni arxa bamperi və dama bərkidilmiş iri antiqanadı görmək olar.
Bundan əlavə, avtomobil qara rəngli təkər diskləri və idman xarakterli buraxılış sistemini də əldə etmişdir. Ümumiyyətlə, tətbiq edilmiş kuzov dəsti digərilərindən geniş miqyasda karbondan istifadə ilə seçilir.
Uçan «kərpicin» salonu da eksteryerinə uyğun tərtib edilmişdir. Brabus mütəxəssisləri salonun tərtibatında yüksək kefiyyətli qara dəri və alkantaradan, həmçinin sarı rəngli tikişlərdən istifadə etmişdirlər.
Əlbəttə ki, Brabus mütəxəssisləri avtomobilin mühərriki üzərində də işləmişdirlər. Onlar 5,5-litrlik V8 mühərrikinin gücünü 700 at qüvvəsinə qədər yüksəltmişdirlər. Qeyd etmək lazımdır ki, bu dəst avtomobilin qiymətini rahatlıqla 270 min avroya çatdıra bilər.