Məşhur Breitling saat firması ən güclü Bentley modeli olan 700 at qüvvəli Continental Supersports modelinə həsr olunmuş xüsusi qol saatını təqdim etmişdir. Supersports B55 adınnı almış model 500 ədəlik məhdud sayda tirajla buraxılacaqdır.
Breitling for Bentley brendi altında buraxılan “ağıllı” saatı nəinki ən güclü kupenin sahibləri, eyni zamanda bütün arzu edənlər əldə edə bilərlər. Supersports B55 modeli geriyə hərəkəti olan xronoqrafla, dövrələrdə göstərilən vaxtı və ya sahələrin keçilməsi (on nəticəni yadda saxlayan) Chrono Race və Crono Rally sistemləri, həmçinin işıqlandırmalı və iki saat qurşağını eyni zamanda dəstəkləyən iki displey ilə təchiz edilmişdir. Saatın 46 millimetrlik gövdəsi titandan, kəməri isə kauçukdan hazırlanmışdır. Supersports B55 modeli üçün Breitling həmçinin mobil əlavələri də hazırlamışdır. Saat Bluetooth vasitəsi ilə smartfonla birləşərək qeyda alınmış məlumatların ötürülməsini təmin edir. Bundan başqa, telefon vasitəsi ilə saatın müəyyən funksiyalarını idarə etmək mümkündür.
Breitling for Bentley birgə brendinin tarixi 2003-cü ildən başlayır. O zaman İsveçrə mənşəli saat istehsalçısı Continental GT modelinin ön paneli üçün ilk saatı hazırlamışdır. Sonradan isə, firma müxtəlif Bentley avtomobillərinə və yarış mövzusuna həsr edilmiş qol saatlarını istehsal etmişdi. Breitling şirkəti həmçinin Britaniya markasının ilk krossoveri olan Bentayga modeli üçün 180 min dollar qiyməti olan və opsiya kimi təklif edilən Breitling Tourbilion modelini (ön panel üçün) hazırlamışdır.