“Litfond” hərrac evi Leonid İlyiç Brejnevə məxsus olan sürücülük vəsiqəsini satışa çıxarıb. 1975-ci ildə verilmiş sənədə əsasən Kommunist partiyasının baş katibi motosikl, minik avtomobillərini, yük avtomobillərini, avtobusları və qoşqulu yük avtomobillərini idarə etmək hüququna malik olub.

Bu günə qədər sənədlər Brejnevin bağında saxlanılırmış. Bağ evi yeni sahibinə keçdikdən sonra, baş katibin əşyaları bazarda satılmağa başlayıb. Hərrac evi sürücülük vəsiqəsinin əla vəziyyətdə olduğunu bildirib.

Sürücülük vəsiqəsi ilə dəstdə xəbərdarlıq talonu da verilir. Talonda dəyiklərin olmaması “sürücünün yol hərəkəti qaydalarını pozmadığından” xəbər verir. Hərrac 14 noyabrda Moskvada keçiriləcəkdir. Vəsiqəyə 1,5 milyon rubl (40 min manat) qiymət qoyulub.