Brembo mühəndisləri bir müddət sonra hidravlik əyləc mexanizmlərindən imtina etməyi planlaşdırırlar. Əyləc mayesi ilə doldurulan ənənəvi magistrallari elektron sistemlər əvəzləyəcək, əyləcləmə isə servoötürücülərin hesabına həyata keçiriləcəkdir. Brake-by-wire adlandırılmış bənzər sistem 2014-cü ildən Formula 1-də tətbiq olunur.
Əyləclərin səmərəliliyinin artırılması məsələsi mühəndislər qaşısında duran ən vacib məsələdir, çünki əyləc istehsalçıları kinetik enerjinin rekuperasiyası sistemlərinin istehsalçıları tərəfindən ciddi rəqabətlə üzləşirlər. Elektrik mühərrikinin generator funksiyasını yerinə yetirməsi zamanı nəqliyyat vasitəsi kifayət qədər yavaşlayır ki, bu da bir pedaldan istifadə etməyə imkan verir.
Brembo şirkətinin rəhbəri Matteo Tiraboski rekuperasiya sisteminin adi əyləcləri əvəz edə bilməyəcəyindən əmin olduğunu söyləyib. Onun fikrincə, təcili əyləcləmə və ya yüksəkməhsuldarlıqlı avtomobillərin aktiv idarə edilməsi zamanı adi əyləc pedalından mütləq istifadə olunacaqdır.
Səssiz güc aqreqatlarına malik olan elektrokarların yayılması mühəndislər qarşısında aerodinamik səs-küyün, şinlərin və əyləc mexanizmlərinin səsini azaltmaq məsələsini qoyur. İtalyan şirkəti artıq daha az səs-küyə malik olan mexanizmlər üzərində işlədiyini bildirib. Bununla belə, Brembo elektron əyləcləmə sistemlərinin seriya avtomobillərində necə tətbiq ediləcəyi barədə məlumatı və belə mexanizmlərin kütləvi tətbiqinə başlanması müddətini də açıqlanmayıb.
Mənbə: Reuters