Böyük Britaniyada yerləşən Bristol Cars şirkəti son 12 il müddətində ilk dəfə olaraq 400 at qüvvəsi gücü olan yeni sportkar buraxacağını bəyan etmişdir. Bu barədə layihənin rəhbəri Pol de Santisə istinadən "Goodwood Road and Racing" nəşri bildirmişdir. Adı çəkilən nəşr yeni avtomobilin prototipinin fotoşəkillərini də dərc etmişdir.
Project Pinnacle zavoddaxili adı almış yeni avtomobili BMW şirkətinin istehsalı olan 4,8-litrlik səkkiz silindirli mühərriki ilə təchiz edəcəkdirlər. Güc aqreqatı avtomobili yerindən 100 km/saat həddinə beş saniyədən az bir müddətə sürətləndirəcəkdir.
Avtomobilin seriya variantı 2016-cı ilin yay aylarının sonunda debüt etməlidir, ilk avtomobillər isə, müştərilərə 2017-ci ildə çatdırılacaqdır. İlk zamanlarda avtomobillər BMW şirkətinin atmosfer mühərrikləri ilə təchiz ediləcəkdir. Sonradan hibrid güc aqreqatı ilə təchiz edilmiş variant da istehsal ediləcəkdir.
Yeni sportkarın bir sıra dizayn elementləri Britaniya markasının, 1950-ci illərin 404 kupesi və 405 sedanı da daxil olmaqla, bütün “kanoniik” avtomobillərindən götürüləcəkdir.
Bu avtomobillər,BMW avtomobillərinin üslubunda olan radiator barmaqlığından imtina edilib, Bristol Aeroplane təyyarələrinin füzelyajlarına bənzəyən yumru kapot əldə etdiyi ilk modellər idi.

Sportkarların istehsalı Bristol firmasının daxil olduğu Frazer-Nash qrupunun Surreydəki müəssisəsində yerləşdiriləcəkdir. Bristol firmasının son modeli 2004 – 2011-ci illər arasında istehsal edilən Fighter kupesi olmuşdur.
Bristol Fighter Dodge Viper modelindən alınmiş səkkiz litrlik V10 mühərriki ilə hərəkətə gəlirdi. Mühərrikin turbokompressorla təchiz edilmiş top-variantı 1026 at qüvvəsinə malik idi.
Bristol Fighter T kupesi 100 km/saat həddini 3,5 saniyəyə toplayırdı. Avtomobilin maksimal sürəti 362 km/saat həddində məhdudlaşdırılmışdır.